Nida.az
“Azərbaycanı siyasi maraqlarının təminatçısına çevirmək istəyirlər”
“Bələdiyyələrin İnkişafına Yardım” İctimai Birliyinin sədri Niyaməddin Orduxanlı bir sıra beynəlxalq təşkilatların Azərbaycana yönəlik siyasətlə bağlı bəyanat verib.
Publika.az-a daxil olan bəyanatda Azərbaycanın müstəqilliyini qazandıqdan sonra bir çox beynəlxalq təşkilatların dövlətimizi öz müstəqil siyasətindən çəkindirməyə və regionda Azərbaycanı öz siyasi maraqlarının təminatçısına çevirməyə çalışdığı deyilir.
N.Orduxanlının sözlərinə görə, bütün bunlar son vaxtlar baş
verən hadisələrlə bir daha acıq şəkildə sübut olunur: “Son vaxtlar
Azərbaycan cəmiyyəti bir daha Avropa Şurasının, “Amnesty
İnternational”ın və “Human rights Watch” kimi təşkilatların
Azərbaycana olan qərəzli münasibətinin şahidi olur. “Amnesty
İnternational”ın və “Human rights Watch”un erməni lobbisi
tərəfindən Azərbaycana qarşı yönəldilməsi və əsas hədəf kimi
Azərbaycanın milli maraqlarına zərbə vurması dəfələrlə sübut
olunub. Təəssüf hissi ilə qeyd edirik ki, Avropada özünü demokratik
dəyərlərin qoruyucusu və insan haqlarının müdafiəçisi kimi göstərən
Avropa Şurası kimi bir təşkilatın verdiyi bəyanatda da ikili
standart müşahidə olunur. Təşkilatımızın adından bəyan edirik ki,
bu təşkilatların Azərbaycan dövlətinə qarşı tutduğu siyasətlə
barışa bilmərik. Vətənə xəyanət ittihamı ilə həbsə atılan Leyla və
Arif Yunusovlara qarşı konkret ittiham olduğu halda və istintaqın
getdiyi bir vaxtda digər tərəfdən güllü miqdarda vergidən yayınma
ittihamı ilə həbsə atılan QHT rəhbərlərinin həbsini əsas tutaraq bu
cür bəyanatlar verməsi heç bir hüquqa söykənmir. Dünyanın ən
inkişaf etmiş ölkələrində belə bu cür həbslərin şahidi oluruq.
Qonşu Gürcüstan dövlətinə nəzər yetirdikdə 100-dən artıq şəxsin
siyasi məhbus olduğunu iddia edən Avropa Şurasının nədənsə
Gürcüstanla bağlı indiyə qədər hər hansı bir bəyanat verilməyib.
Gürcüstanda həbs olunanlara nəzər yetirdikdə onların böyük
əksəriyyəti jurnalist, QHT üzvü, bloqçu, hüquq müdafiəçisi
statusunu daşıyanlardır. Niyə susursunuz?! Digər tərəfdən biz hesab
edirik ki, ölkə vətəndaşlarının hansı status daşımasından asılı
olmayaraq, qanun qarşısında bərabərdir və bu məsələ ilə bağlı heç
bir beynəlxalq təşkilat bundan istifadə edib Azərbaycan dövlətinə
yönəlik siyasət apara bilməz”.
Asif
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK
-
Magazin118 Aprel 22:48
Məşhur xanəndə ONLARI QINADI: "Bu saat necə gəldi geyinirlər" - FOTO