• USD 1,7339 0,00% EUR 1,8297 -1,20%
    • GBP 2,2001 +0,65% RUB 0,0270 -0,74%

Amanda Pol: “Prosesə Türkiyə və İran cəlb edilməlidir”

  • Nida.az
  • 3 Sentyabr 2014 10:32
  • 548 Baxış
Amanda Pol: “Prosesə Türkiyə və İran cəlb edilməlidir”

“Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində Minsk qrupu formatı artıq köhnəlib, onu yeniləməyin vaxtı çatıb”.


Publika.az xəbər verir ki, bu barədə Brüsseldə yerləşən Avropa siyasəti üzrə Mərkəzin eksperti, məşhur politoloq Amanda Pol deyib.


A.Pol mövcud formatın Rusiyaya sərf etdiyini düşünür. Politoloq qeyd edir ki, münaqişənin nizamlanması prosesinə yeni vasitəçilər cəlb olunmalıdır: “Rusiya qrupunun üzvüdür, lakin danışıqları ikitərəfli aparır. Minsk qrupunu münaqişəni nizama salmağı bacarmamaqda ittiham etmək olmaz. Bu format artıq köhnəlib, onu yeniləmək lazımdır. Proses genişlənməlidir, nizamlanma prosesinə Türkiyə və İranı cəlb etmək olar. Həmçinin Avropa Birliyinin rolu aktiv olmalıdır. ABŞ da öz rolunu yüksəltməli və Moskvaya qarşı olmaqla daha ciddi siyasi oyunçuları prosesə daxil etməlidir”.

Türkiyədə yeni seçilmiş prezident Rəcəb Tayyip Ərdoğanın Ermənistanla sərhədləri açacağına dair iddialara münasibət bildirən A.Pol buna o qədər də inanmadığını deyib. Onun fikrincə, Ərdoğan diqqətini daha çox daxili problemlərə yönəldəcək: “Xüsusilə 2015-ci il parlament seçkilərinə diqqət artırılacaq. Əlbəttə ki, sərhəd məsələsi ilə bağlı jestlər, bəyanatlar 1915-ci il hadisələrinin yüzilliyi ərəfəsində səslənə bilər. Lakin böyük dəyişiklik gözləmirəm”.

A.Pol Rusiyanın Cənubi Qafqazda hegemonluq üçün atdığı sərt addımlara toxunaraq bildirib ki, Ermənistan və Azərbaycan hakimiyyəti üçün Kremlin dəvətini qəbul etməmək çox çətin məsələdir: “Soçi görüşü də məhz buna görə baş tutdu. Rusiya göstərmək istəyirdi ki, o regionda tək oyunçudur, Qarabağ münaqişəsinə də təsir onun əlindədir. Görüş oldu, cəbhədə gərginlik dayandı və Putin nümayiş etdirdi ki, hər şey onun əlindədir. Hazırda münaqişə davam edir və bu, Rusiyaya regionda hakim olmağa imkan yaradır. Əgər münaqişə həll olunarsa, o zaman Moskvanın Azərbaycan və Ermənistan üzərində təsiri azalacaq. Qərb münaqişənin həlli üçün səylərini artırmalıdır. Rusiyaya regionda istədiyini etməyə imkan vermək olmaz”.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR