MKİ kəşfiyyatçısından Ağ Evə çağırış: “Azərbaycansız Gürcüstan bizə lazım deyil”
Bizi izləyin

Nida.az

MKİ kəşfiyyatçısından Ağ Evə çağırış: “Azərbaycansız Gürcüstan bizə lazım deyil”

ABŞ Mərkəzi Kəşfiyyat Agentliyinin (CİA) leqal üzü olan beyin mərkəzi “Stratfor”un rəhbəri Corc Fridman İŞİD terror təşkilatının İraqdakı fəaliyyəti, həmçinin davam edən Ukrayna böhranı fonunda geosiyasi vəziyyəti şərh edib.

Publika.az xəbər verir ki, C.Fridman hazırkı geosiyasi xəritədə Qafqazın önəmini vurğulayır, lakin Azərbaycansız Qafqazın ABŞ-a heç nə verə bilməyəcəyini qeyd edir.

O, “Azərbaycansız Gürcüstan kiçik bir parçadır” ifadəsi ilə ümumi mənzərəni şərh edir.


“Azərbaycan Böyük Qara dəniz strategiyasının məntiqi Şərq lövbəridir”

C.Fridmanın sözlərinə görə, Rusiya hazırda Qafqaza yenidən müdaxilə etmək yolunu seçib: “İlk hədəf Gürcüstan, ardınca Azərbaycan ola bilər. Faktiki olaraq, Çeçenistan və Dağıstana köçürülən cihadçı qruplar şimala doğru hərəkət marşrutunu seçib. Qafqazda hadisələrin nəticələri Birləşmiş Ştatlar üçün əhəmiyyətli olardı. ABŞ qərar qəbul edərkən iki mövcud strateji problemi anlamaqda çətinlik çəksə, üçüncü strateji problem hər şeyi idarədən çıxarar. Lakin mənim fikrimcə, hazırda Qara dəniz hövzəsini nəzarətə götürmək lazımdır. Qara dəniz strategiyası Şərq sahillərində Gürcüstanın əhəmiyyətini müəyyən edərdi. Bu, Azərbaycanı da mühüm səviyyəyə qaldırardı. Çünki bu ölkəyə ABŞ-ın strateji marağı azalmamalıdır. Azərbaycansız Gürcüstan kiçik çəkiyə malikdir və buna görə Azərbaycansız Gürcüstan lazım deyil. Bunun üzərində ciddi düşünmək lazımdır. Çünki Azərbaycan ilə Qafqazda və ya bu buferdə ən azı cihadçı qruplara qarşı çıxmaq, bölgəyə nəzarət etmək mümkündür. Həmçinin, Azərbaycan Böyük Qara dəniz strategiyasının məntiqi Şərq lövbəridir. Qara dəniz strategiyası ABŞ üçün iki aparıcı münasibətləri formalaşdırardı. Bunlardan birincisi Türkiyədir. Rusiya kənardadır, lakin Türkiyə üçün Qara dəniz doğma məkandır. Bu ölkə Suriyada, İraqda, Qafqazda, Rusiyada və Ukraynada Böyük Qara dəniz hövzəsi boyu maraqlara malikdir. Bir halda onun burada maraqları var, deməli, ABŞ-ın müttəfiqidir”.


Ruslara qarşı Qara dənizdən desant çıxarmaq və ya kritik ölkə


C.Fridman ikinci kritik ölkə kimi Rumıniyaya diqqət çəkir. Bildirir ki, Montre Boğazlar Razılaşması Bosfordan Qara dənizə hərbi-dəniz qüvvələrinin tranzitini qadağan edir, lakin buna baxmayaraq, Rumıniya Qara dəniz ölkəsidir və onlar üçün bura çıxış açıqdır.

“Regionda ruslara qarşı təyyarə hücumlarına potensial baza olmaqdan əlavə, Qara dənizdən desant çıxarmaq üçün də imkanlar var. Bunun üçün ruslara qarşı Rumıniyanı dəstəkləmək olar. Həmçinin Rumıniya ilə əməkdaşlıq etmək üçün Türkiyədə həvəs yaratmaq olar. Beləliklə, Birləşmiş Ştatlar Qara dəniz siyasətini formalaşdıra bilər. Hətta NATO-nun Qara dəniz hövzəsi ilə problemləri olsa da, bura Avropanın xilası üçün ikinci yoldur. Polşa Şimali Avropa düzənliyində lövbər olaraq qalır, lakin hərəkət üçün ən yaxşısı Qara dənizdir və bu Rumıniyanı Avropanın partnyoru edir”, - deyə “Stratfor” rəhbəri vurğulayıb.


Qərbi Xəzərə aparan yol: Gürcüstan və Azərbaycanda möhkəmlənmək


C.Fridman əlavə edir ki, o, dəfələrlə dənizlər arasında torpaq anlayışına əsaslanan ittifaqdan bəhs edib: “Bu, Baltik və Qara dəniz arasında uzanan və Rusiyanı təsir altında saxlaya biləcək ittifaq olardı. Mən Qərbi Xəzərə tərəf aparan ittifaqdan bəhs edirəm. Bu Türkiyə, Gürcüstan və Azərbaycanda möhkəmlənmək üçün lazımdır. Bu baxımdan hesab edirəm ki, Böyük Qara dəniz hövzəsi Amerikanın hərbi və siyasi obyektidir. Bu, təkcə hərbi, siyasi yollarla hiss etdirilməməli, kütlə ilə işləmək və medianı səfərbər etmək lazımdır. Sürətlə meydana çıxan reallığa adekvat reaksiya vermək üçün bunu etməliyik”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm