Müsavat qurultay üçün BŞİH-dən “Balet”i istədi
Bizi izləyin

Nida.az

Müsavat qurultay üçün BŞİH-dən “Balet”i istədi

Müsavat Partiyası qurultayın keçirilməsi üçün Bakı Şəhər İcra Hakimiyyətinə (BŞİH) müraciət edib.


Publika.az-a bu barədə Müsavat Partiyası Təşkilat şöbəsinin müdiri Razim Əmiraslanlı məlumat verib.

“Sentyabrın 27-i qurultaydır. Qurultayın keçirilməsi üçün 800-1000 nəfərlik zal lazımdır. Meriyaya müraciətimizdə də bunu qeyd etmişik. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı Balet teatrını təklif etmişik. Lakin 800-1000 nəfərlik başqa yer təklif etsələr müzakirə edə bilərik”, - deyə şöbə müdiri bildirib.


Qeyd edək ki, Müsavat başqanlığına seçkilərə start verilib. Rəsmi olaraq Tural Abbaslı namizədliyini irəli sürüb. İddiaçılar arasında Arif Hacılı, Qubad İbadoğlu və Səxavət Əlisoyun da adı çəkilir.
Qurultay sentyabrın 27-nə təyin edilsə də yer məsələsi hələlik həllini tapmayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm