İlham Əliyevin böyük qələbəsi və Sorosun pulları havaya necə sovruldu? – Təhlil
Bizi izləyin

Nida.az

İlham Əliyevin böyük qələbəsi və Sorosun pulları havaya necə sovruldu? – Təhlil

Rusiyanın “Vestik Qafqaz” nəşri Azərbaycan QHT-lərinin Qərbdən aldıqları qrantlarla bağlı maraqlı araşdırma aparıb.

Publika.az xəbər verir ki, nəşr post-sovet məkanında “rəngli inqilablar”ın hələ də davam etdiyini yazır.

Bu inqilabların həyata keçirilməsində əsas ruporlardan olan QHT-lər Qərbin qrant kisəsindən kifayət qədər faydalanırlar. Onlardan “idarəolunan xaos”un yaradılmasında lazımınca istifadə olunur, həm də çox fəal və ustalıqla işləyirlər.


“Qərbin gözündə müxalifətin “investisiya cazibədarlığı” yox oldu”


Belə ki, son 10 ərzində Qərb fondları Azərbaycanda ənənəvi müxalifəti dəstəkləyirdisə, son dövrlər maliyyə istiqaməti dəyişdi. Bu, İlham Əliyevin güclü qələbəsindən sonra baş verdi və Qərb müxalifətə edilən yatırımların faydasız olduğu qənaətinə gəldi. Məsələ burasındadır ki, Qərb sonuncu seçkilərdə müxalifətin vahid namizədlə çıxış etməsini tələb etdi. Bu razılaşdırılmışdı, lakin Xalq Cəbhəsindən çıxmış Müsavatla AXCP-nin razılaşmaması planları alt-üst etdi. Beləliklə, Qərbin gözündə müxalifətin “investisiya cazibadarlığı” yox oldu.

Heç nə bitmədi, maliyyənin istiqaməti dəyişdi


Lakin heç nə bitməmişdi və müxalifətin yerini daha səmərəli olan QHT-lər tutdu. Araşdırmalara görə, 2002-ci ildən 2014-cü ilə qədər Azərbaycan QHT-lərinə 32 milyondan çox qrant ayrılıb. Bu Ukraynanın “narıncı inqilabı”na ayrılan vəsaitdən iki dəfə çoxdur. Təkcə “rəngli inqilablar” ustası kimi tanınan Soros fondu bu illər ərzində Azərbaycana 25 milyon dollardan çox pul ayırıb.


Nəşr qeyd edir ki, qrantçılar siyahısında əsas yerləri tutanlardan biri Müsavat başqanının müşaviri Qubad İbadoğludur. O, son 10 ildə 14 milyon dollara yaxın qrant əldə edə bilib. Bundan başqa, hökuməti tənqid edən iqtisadçı ekspertlər Azər Mehdiyev, Rövşən Ağayev, sumqayıtlı müxalifətçi Elçin Həsənov, müxalifətçi Avaz Həsənov, hüquqşünas İntiqam Əliyev, Mirvari Qəhrəmanlı 100 minlərlə qrant ala biliblər.


Britaniyanın “Oxfom” təşkilatı da Azərbaycanda fəal işləyir. Bu təşkilatın qrant profili də əsasən müxalifətçilərdir. Təşkilat 17 qrant layihəsi üçün 500 min dollardan çox vəsait ayırıb və bu vəsaitin hamısı müxalifətçilərin cibinə axıb.


EED (European Endowment for Democracy) təşkilatı da “demokratiyaya” pul xərcləyənlərdəndir. Bu təşkilat siyasi mühacir adı ilə Avropaya köçmüş müxalifətin yaratdığı Meydan Tv-ni maliyyələşdirir. Təşkilat təxminən 300 min avronu bu televiziya üçün ayırıb. Radikal müxalifətin əsas rəhbəri olan Əli Kərimlinin qəzetinə isə 65 min avro vəsait ayrılıb.

“Müxalifətdən ümidi kəsən Qərb gücü QHT-lərə verir”


Nəşr qeyd edir ki, Azərbaycanda QHT-lər tolerantlıq mühitindən istifadə edərək güclənib. Maraqlıdır ki, Qərb fondları Azərbaycanda “demokratiyanın inkişafı” üçün niyə bu qədər pul xərcləyir? Daha sonra bunun “rəngli inqilabların” bir parçası olduğunu yazan nəşr bildirir ki, müxalifətdən ümidi kəsən Qərb gücü QHT-lərə verir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm