• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Əli Kərimliyə “zombi” deyildi: “Məhəmməd Füzulini çağıraq”- Şok

  • Nida.az
  • 3 Sentyabr 2014 15:50
  • 622 Baxış
Əli Kərimliyə “zombi” deyildi: “Məhəmməd Füzulini çağıraq”- Şok

Bu gün Klassik Xalq Cəbhəsi Partiyasının (KXCP) qərargahında müxalifət partiyalarının toplantısı keçirilib.


Publika.az xəbər verir ki, 10 siyasi partiyanın iştirak etdiyi toplantıda məhbuslarla bağlı məsələyə toxunulub.

Toplantının əvvəlində “Demokratiya xartiyası” adlı sənəd qəbul olunub.


Hökumətə müraciət olundu:

Daha sonra başlanan müzakirələrdə maraqlı anlar yaşanıb. Xalq Partiyasının sədri Pənah Hüseyn təklif edib ki, həbs olunanlarla bağlı müraciət hazırlansın. Müsavat başqanı İsa Qəmbər təklifi dəstəkləyərək bildirib ki, müraciətdə xəstə məhbusların adları konkret göstərilsin. Müzakirələrdən sonra bununla bağlı partiyalar hökumətə müraciəti qəbul ediblər.


Müxalifət Məhəmməd Füzuliyə dəvət göndərdi - replika

Daha sonra toplantıda çıxış edən Azərbaycan Demokratik Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu ziyalıların müdafiə işində təmsilçiliyinə qarşı çıxış edib.


“Toplantılara şairələri dəvət etsək, başlayacaqlar şeir oxumağa. Hər şey alt-üst olacaq. Mən ziyalılara qarşı deyiləm, lakin hesab edirəm ki, prosesdə partiyalarla yanaşı, QHT-lər, mətbuat və həmkarlar ittifaqları iştirak etməlidir, ziyalılar, şairələr, yazarlar yox”, - deyə o bildirib.

Onun bu sözlərinə replika ilə reaksiya verən İ.Qəmbər “Məhəmməd Füzuli vaxtilə korrupsiyaya qarşı yazıb, onu toplantıya dəvət etmək lazımdır” deyib.

Milli Şuraya zombi qrupu deyildi


Azadlıq Partiyasının sədri Əhməd Oruc isə Milli Şuranı sərt tənqid edib. Bildirib ki, Milli Şura hansısa maraqlara uyğun olaraq müdafiə potensialını parçalayır. “Bu gün iki müdafiə komitəsinin olması ümumi işi zəiflədir. Biz İsa bəyin təşəbbüsü ilə bu komitəni yaratdıq, dərhal onlar özləri üçün komitə yaratdılar. İddia edirlər ki, təşəbbüsü əvvəlcə onlar verib. Amma başa düşmürlər ki, bununla ümumi işdən diqqəti yayındırıb müdafiə potensialını parçalayırlar”, - deyə partiya sədri bildirib.
Ə. Oruc bildirib ki, Milli Şura zombiləşir, özü ilə birgə ziyalıları da zombiləşdirir.

Qeyd edək ki, Müsavat Partiyası Milli Şuranı tərk edəndən sonra KXCP və bir sıra müxalifət partiyaları ilə bir araya gəlib müzakirələr həyata keçirir. Lakin Milli Şura üzvləri və AXCP sədri Əli Kərimli bu toplantıları boykot edərək müdafiə məsələsi üzərində ayrıca işləyirlər, həmçinin ayrı müdafiə komitəsi yaradırlar.
S.Cəlaloğlu bir müddət öncə Publika.az-a açıqlamasında Əli Kərimlinin bu addımının arxasında pul qazanmaq məqsədinin olduğunu iddia etmişdi.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR