Ana Vətən Partiyasında yenilik - FOTO
Bizi izləyin

Nida.az

Ana Vətən Partiyasında yenilik - FOTO

Bu gün Ana Vətən Partiyasının (AVP) Qubadlı rayon təşkilatının Sumqayıt şəhərində ofisinin açılışı olub.

Publika.az-ın məlumatına görə, açılışda AVP Mərkəzi Aparatının rəhbəri Elçin Ağamalı, sədrin siyasi məsələlər üzrə müşaviri Qalib Əhmədov, Sumqayıt şəhər təşkilatının sədri Şahbəndər İsmayılov və Qubadlı rayon təşkilatının bir qrup fəalı iştirak edib.

Tədbirdə çıxış edən natiqlər Qubadlı rayon təşkilatının ofisinin açılışının partiya həyatında mühüm hadisə olduğunu və rayon təşkilatının fəaliyyətində əhəmiyyətli rol oynayacağını bildiriblər.

Çıxış edən partiya fəalları həmçinin, partiyanın qarşısında duran vəzifələrdən, qarşıdan gələn bələdiyyə seçkilərinə hazırlıqdan danışdılar və ana vətənçiləri bələdiyyə seçkilərində aktiv şəkildə iştiraka dəvət ediblər.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm