Başqanlığa iddialı, İsa Qəmbərin veto hüququna qarşı çıxdı
Bizi izləyin

Nida.az

Başqanlığa iddialı, İsa Qəmbərin veto hüququna qarşı çıxdı

Müsavat başqanlığına iddialı olan Səxavət Əlisoy seçkilərdən sonra İsa Qəmbərin veto hüququnun saxlanılmasına etiraz edib.


Publika.az-a açıqlamasında bu barədə S.Əlisoyun özü bildirib.

O qeyd edib ki, İ.Qəmbər reytinqinə zərbə vuracaq belə bir addım atmayacaq: “Çünki başqanlıqdan getməyi onun özü istəyib və bunu demokratiya üçün etdiyini bilirik. Buna görə də partiyanı nəzarətdə saxlaya biləcək səlahiyyəti qəbul edəcəyini düşünmürəm. Hesab edirəm ki, İsa bəy sıravi üzv kimi partiyaya daha çox kömək edə bilər”.


Qeyd edək ki, Müsavat Divanının üzvü Nüşabə Ələsgərli bizimlə söhbətində qurultaya İ.Qəmbərin veto hüququnun saxlanılması və partiyada üstqurumun yaradılması təklifini verəcəklərini söyləmişdi. (http://publika.az/p/40158).

“Partiyada İsa Qəmbərin başqanlıqdan getməsini istəməyənlər də var. Mən də bunun tərəfdarıyam. Lakin İsa bəy öz qərarını verib və nizamnamə dəyişikliyinin olmayacağını açıqlayıb. Ola bilsin ki, qurultayda kimlərsə nizamnamə dəyişikliyini yenidən dilə gətirsin, lakin bunun baş tutacağı mümkün deyil. Buna görə də biz İsa bəyin partiyada veto hüququnun saxlanılması üçün üstqurumun yaradılması təklifini irəli sürəcəyik”, - deyə o bildirib.

Publika.az-ın müsavat fəallarından əldə etdiyi məlumatda isə İ.Qəmbərin qərar vermək qüvvəsinin saxlanılması üçün hərəkətə keçdiyi məlum olub. Məlumata görə, üst qurumun yaradılması ideyası İ.Qəmbərin özündən gəlib və bununla da o, veto hüququnun qoruyub saxlayacaq. Başqan bunu gələcəkdə partiyanın parçalanmaması və başqanlıq seçkilərindən sonra kritik seçkilərin gəldiyi ilə əsaslandırıb.

Ən maraqlısı isə, başqanlığa iki namizəd arasındakı incə seçimdir. Belə ki, İ.Qəmbərə ən yaxın, lakin öz gücü ilə ona alternativ ola biləcək namizəd A.Hacılının başqan seçilməyəcəyi təqdirdə yaradılması nəzərdə tutulan üstqurumda təmsilçiliyi gündəmə gəlib. Eyni zamanda, Q.İbadoğlu ilə bağlı da eyni proses baş verə bilər.
Məlumata görə, üstqurumda əsas söz sahibi İ.Qəmbər olacaq. Qurumun digər üzvləri isə daha çox məsləhətçi funksiyasını daşıyacaqlar.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm