“Azərbaycanı anti-Rusiya koalisiyasına qoşmaq istəyirlər” - Açıqlama
Bizi izləyin

Nida.az

“Azərbaycanı anti-Rusiya koalisiyasına qoşmaq istəyirlər” - Açıqlama

“NATO Azərbaycanın ərazisindən forpost kimi istifadə etməklə bizi anti-Rusiya koalisiyasına qoşmağa çalışır”.


Publika.az-a açıqlamasında Milli Məclisin Təhlükəsizlik və müdafiə komitəsinin üzvü Zahid Oruc deyib.

Millət vəkili qeyd edib ki, Azərbaycan dövləti bu cəbhədə yer almayacaq: “Azərbaycan kimi dövlətin strategiyası budur ki, anti-Rusiya müharibəsinin, eləcə də anti-NATO savaşının cəbhələrində yer almayacaq. NATO ilə münasibətlər var, əməkdaşlıq, transformasiya, hərbi sahədə əməkdaşlıqlar mövcuddur. Lakin təcrübə göstərir ki, NATO onunla əməkdaşlıq edən ölkələrə qarantlı mövqedən yanaşmır. Misal üçün, Gürcüstan NATO-ya Azərbaycandan daha çox yaxınlaşıb. Amma bu ölkənin ərazi bütövlüyünə münasibətdə NATO adekvat münasibət göstərmir. Bu baxımdan, ehtiyatlı olmaq lazımdır. Azərbaycan ağıllı hərəkət edir, NATO ilə münasibətləri lazımi səviyyədə saxlayır, lakin bu münasibətlərdən üçüncü dövlətə qarşı istifadəsinə yol vermir. Yəni, biz NATO ilə əlaqələrimizi İran üçün savaşda, yaxud Rusiya ilə hər hansı qarşıdurmada amil kimi ortaya qoymamışıq”.

Qeyd edək ki, Bu gün NATO-nun iki günlük Uels sammiti başlayır və Azərbaycan da burada yüksək səviyyədə təmsil olunur. Sammitdə Rusiyaya qarşı fəaliyyət planının müzakirə olunacağı gözlənilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm