Arif Hacılının qardaşından Qubad İbadoğluya eyham
Bizi izləyin

Nida.az

Arif Hacılının qardaşından Qubad İbadoğluya eyham

Müsavat Partiyasının başqan müşaviri, başqanlığa əsas iddiaçılardan olan Arif Hacılının qardaşı Mustafa Hacıbəyli Qubad İbadoğluya eyham vurub.

Publika.az xəbər verir ki, M.Hacıbəyli “facebook” səhifəsində QHT nümayəndələrinin həbsinin başqa effekt yaratdığını bildirib.

Onun sözlərinə görə, partiyalardan QHT-lərə gedən müxalifətçilər geri qayıtmaq məcburiyyətində qalacaqlar: “Məsələn, Qubad İbadoğlu və Hikmət Hacızadənin Müsavata daha çox vaxt ayırmaq imkanı yaranacaq”.


QHT-lərin bank hesablarınını dondurulması, həmçinin dindirilməsinin onun başqanlıq yarışı ilə bağlı olduğu barədə Q.İbadoğlunun fikirlərini şərh edən M.Hacıbəyli QHT-lərə qarşı aparılan tədbirlərin qurultayla bağlı olmadığını vurğulayıb.

M.Hacıbəyli başqanlığa namizədlərin təbliğat-təşviqat kampaniyasında aktivlik nümayiş etdirməyəcəyini desə də, sosial şəbəkələrdən qardaşının təbliğatını aparır.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm