• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Sabiq müşavirindən İsa Qəmbərə sərt sözlər: “Mövcud komanda getməlidir”

  • Nida.az
  • 4 Sentyabr 2014 16:15
  • 520 Baxış
Sabiq müşavirindən İsa Qəmbərə sərt sözlər: “Mövcud komanda getməlidir”

“Müsavat Partiyası yenilənməyə məhkumdur. 11 il əvvəl Müsavat iqtidar olmağa çox yaxın idi və bütün müsavatçılar hakimiyyət barəsində düşünürdü. Bu gün Müsavat qurultayını keçirmək üçün iqtidardan yer ala bilmir”.

Publika.az xəbər verir ki, bu barədə Müsavat başqanlığına iddialı, başqanın sabiq müşaviri Səxavət Əlisoy “facebook” səhifəsində bildirib.


“Nədən bu günə düşdük, haradan hara gəldik...”


Başqanlığa iddialı qeyd edib ki, 11 il əvvəl partiyanın hər rayon təşkilatında 300-500 və daha çox müsavatçı cəm olmuşdu, özək və şura iclaslarında qızğın müzakirələr gedirdi: “Bu gün bəzi rayon təşkilatlarında könüllü olaraq sədrliyə yaxın duran tapılmır. 11 il əvvəl Müsavatda dəstə, qrup mənafeyi önə çəkilmirdi, partiya bütöv görünürdü, bugünkü duruma qiymət vermək üçün sosial şəbəkələrdə müsavatçıların yazdıqlarına baxmaq kifayət edər... Nədən bu günə düşdük, haradan hara gəldik, populizmdən uzaq durub məhz bunu müzakirə etmək gərəkdir, dostlar.

Mən də etiraf edirəm, Müsavatın liderdən yana problemi olmayıb, İsa Qəmbəri bu partiyada hər kəs lider kimi qəbul edib və edir. Eyni zamanda, bugünkü duruma görə İsa bəy də daxil, cümlə müsavatçılar, ən başda isə komanda məsuliyyət daşıyır”.


“20 illik məğlubiyyəti zəfər kimi təqdim edənlər geriyə çəkilməlidir”


S. Əlisoy bildirib ki, Müsavat kimi bir partiyanın yükünün böyük hissəsinin partiya başqanının çiynində olması hədəfə çatmaq üçün yetərli deyil, partiyanın nüfuzu təkcə başqana görə deyil, komanda üzvlərinə görə artmalıdır.

“Başqan nüvə silahına, ballastik raketlərə sahib deyil ki, partiyanı iqtidar etsin. Subyektiv fikrimdir, mövcud komanda 11 il əvvəldən fərqli olaraq partiyanın nüfuzunu artırmaq iqtidarında deyil. İsa bəyin namizəd olmaması qərarını təqdir edirəm, çox yox, kənardan çox yox, bir neçə aylıq müşahidə həqiqəti ortaya qoyacaq. Bu komanda dəyişməlidir. 20 illik məğlubiyyətləri zəfər kimi müsavatçılara və cəmiyyətə təqdim edənlər geriyə çəkilməlidir. Müsavat Partiyası ciddi islahatlara start verməlidir, nədən ki yenilənməyə məhkumdur. Bu baş verəcəksə, partiya güclənəcək və hədəfə doğru inamla, ümidlə gedəcək. Yenilənmiş Müsavat meydana çıxmasa, partiyanın ən böyük hədəfi iqtidardan 4-5 deputat yeri almaqdan ibarət olacaq”- deyə sabiq müşavir sərt ittihamlar irəli sürüb.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR