Prezidentlər Uelsdə görüşə bilər - həmsədrin “twit”i
Bizi izləyin

Nida.az

Prezidentlər Uelsdə görüşə bilər - həmsədrin “twit”i

Azərbaycan və Ermənistan prezidentləri Uels sammitində keçirilən NATO sammiti çərçivəsində görüşə bilərlər.


Publika.az xəbər verir ki, bu barədə ATƏT-in Minsk qrupunun amerikalı həmsədri Qərb mediasına müsahibəsində deyib.


C. Uorlik bu gün səhər saatlarında rəsmi “Twitter” səhifəsində də görüş gözləntisi haqda yazıb. O, “Azərbaycan və Ermənistan prezidentləri bugünkü NATO sammitində dəyərlər və məqsədlər haqqında fikirlərini bölüşəcək” deyə “twit” atıb.

Prezidentlərin görüşünün keçirilə biləcəyi haqda “Amerikanın səsi” radiosu da məlumat yayıb.


Qeyd edək ki, prezidentlər avqustun 10-da Rusiya prezidenti Vladimir Putinin dəvəti ilə Soçidə görüşüb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm