Arif Hacılı ilə Hikmət Hacızadə arasında “qrant” qalmaqalı: “Hansı öhdəliyi götürmüsən?”
Bizi izləyin

Nida.az

Arif Hacılı ilə Hikmət Hacızadə arasında “qrant” qalmaqalı: “Hansı öhdəliyi götürmüsən?”

Müsavat Partiyasının Məclis üzvü, tanınmış politoloq Hikmət Hacızadənin başqanlığa iddialı olanlardan Qubad İbadoğlunu dəstəkləməsi partiyadaxili qalmaqala səbəb olub.


Publika.az xəbər verir ki, Arif Hacılıya yaxın şəxslər H. Hacızadəyə qarşı sosial şəbəkələrdə hücuma başlayıb.

A. Hacılının əsas təbliğatçılarından olan Əfqan Muxtarlı sosial şəbəkədə H. Hacızadəni qrantyeyən adlandırıb: “Deməli, üzv olduğun partiyanın ağır zamanlarında yoxa çıxıb, qrant əldə edən, referendumda, seçkilərdə gözə görünməyən, meydanlara çıxıb haqqı tələb edənlərə yuxarıdan aşağı baxan, seçkilər zamanı özündən başqa heç bir ailə üzvü imza vərəqəsinə imza atmayan şəxsə ziyalı deyilir. Ziyalılar yığışıb Müsavata başqan seçmək üçün hərəkətə keçiblər”.

H. Hacızadə isə buna cavab olaraq statusun şərh hissəsinə meymun fotosu qoyub, eləcə də, Müsavatın qərargahında Qubad İbadoğlu ilə görüşü haqda informasiyanı paylaşıb.

Ancaq ona qarşı hücumlar bununla səngiməyib. Belə ki, Hacılıya yaxın şəxs və onun namizədliyini müdafiə edən Muxtarlı bəyan edib ki, Hikmət Hacızadənin təşkilatını avqustun 18-də bağlayıb, hesablarına həbs qoyublar: “Ancaq bu şəxs məlumatı gizli saxlayıb, jurnalistdən xahiş edib ki, yazma, danışıqlar aparıb təşkilatın fəaliyyətini bərpa edəcək. Sonra da mübarizədən, ziyalılıqdan dəm vurur. Adam, kiminlə danışıq aparmısan? Hökumətlə? Belə isə, hansı öhdəliyi götürmüsən?”


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm