Qubad İbadoğlu “mitinq” iradına cavab verdi: “Bundan harda gəldi istifadə etmək olmaz”
Bizi izləyin

Nida.az

Qubad İbadoğlu “mitinq” iradına cavab verdi: “Bundan harda gəldi istifadə etmək olmaz”

Müsavat başqanlığına iddialı Qubad İbadoğlu müsavatçıların ona tutduğu mitinqdə iştirak etməmək iradına münasibət bildirib.


Publika.az xəbər verir ki, Q. İbadoğlu “facebook” səhifəsində bildirib ki, o, mitinqlərə mübarizənin hədəfi kimi baxmır: “Bəzi dostlarımız mənə irad tuturlar ki, mən mitinqlərdə iştirak etməmişəm. Mitinq adamı deyiləm. Onların düşüncəsi ilə mənim yanaşmam arasındakı fərq ondan ibarətdir ki, mitinqlərə, piketlərə, yürüşlərə mübarizəmizin hədəfi kimi deyil, mübarizədə bir vasitə kimi baxıram. Hesab edirəm ki, bu vasitələrdən siyasi şəraitdən asılı olaraq istifadə olunmalıdır. Ondan harda gəldi istifadə etmək və ya bütünlüklə imtina etmək olmaz. Lakin siyası mübarizədə mitinqi və bu kimi etiraz aksiyalarını son hədəf kimi qoymaq da düzgün yanaşma deyil”.


Daha sonra o iştirak etdiyi mitinqlərin fotosunu paylaşıb.


Lakin bu, ona irad tutan müsavatçıları qane etməyib. Daha çox A. Hacılının tərəfdarı olan müsavatçıların buna reaksiyası belə olub: “Qubad bəy, sizi bir dəfə olsun mitinqdə görməmişik. İştirak etdiyiniz aksiyalar da QHT-lərlə bağlı olub. QHT-lərlə bağlı aksiya da kiminsə hansısa qurumda qrant məbləğini ala bilməməsidir. Bunun mübarizəyə, yaxud 3-4 polislə foto çəkdirib burda paylaşmağınıza heç bir aidiyyəti yoxdur”.


Qeyd edək ki, Müsavat Partiyası qurultayını sentyabrın 27-nə təyin edib. Partiyada namizədlərin qeydiyyatı və seçki kampaniyasına rəsmən start verilib. Lakin rəsmi olaraq qeydiyyatdan keçən namizədlərin sayı birdir. Belə ki, gənc müsavatçıların namizədi olan Tural Abbaslı rəsmi olaraq başqanlıq iddiasını ortaya qoyub. Digər iddialılarsa Arif Hacılı, Qubad İbadoğlu və Səxavət Əlisoydur.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm