İki türk lider Sərkisyanı necə qorxutdu və ya erməni prezident NATO-ya niyə yalvarır? - TƏHLİL
Bizi izləyin

Nida.az

İki türk lider Sərkisyanı necə qorxutdu və ya erməni prezident NATO-ya niyə yalvarır? - TƏHLİL

Ermənistan prezidenti Serj Sərkisyanın NATO-da çıxışı zamanı Alyans rəhbərliyinə qorxu dolu müraciəti diqqət çəkir.

Sərkisyan NATO-nu bu gün Dağlıq Qarabağla bağlı qəbul edəcəyi sənəddə ehtiyatlı olmağa çağırıb. O, erməniliyindən irəli gələn riyakar şəkildə bildirib ki, sabah (bu gün-red) bu zalda xalqının təhlükəsizliyinə və regionda sülhə dəxli olan sənəd qəbul ediləcək.

“İki variant var. Ya Dağlıq Qarabağ münaqişəsi ilə bağlı ixtisaslaşmış yeganə beynəlxalq struktur olan ATƏT-in Minsk qrupunun ritorikasından, ABŞ və Fransanın dəstəklədiyi ritorikadan istifadə ediləcək, ya da NATO-nun digər üzvünün lobbiçiliyi baş verəcək. Ya sağlam düşüncə, sülhə can atımı qalib gələcək, ya da ksenofobiya, müharibə ritorikası, insan itkilərinə gətirən təxribatlar şirnikləndiriləcək. İkinci variant yaxşı nəticəyə gətirməyəcək. Belə sənədlər Azərbaycana qol-qanad verir”, - deyə erməni prezident özünəməxsus ittihamlar irəli sürüb.

İki türk lideri Sərkisyanı necə qorxutdu?


Təbii ki, bu, Sərkisyanın isterik çıxışlarından biridir. Lakin diqqətçəkən məqam, bu dəfə erməni prezidentinin sözlərində sezilən qorxudur. Onun “...ya da NATO-nun digər üzvünün lobbiçiliyi baş verəcək” deməklə ad çəkməsə də, Türkiyəni nəzərdə tutduğu bəllidir.

Belə ki, sentyabrın 3-də Bakıda rəsmi səfərdə olan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı bildirdi ki, NATO-nun Uels sammitində Qarabağ problemini qaldıracaq.

“NATO sammitində Dağlıq Qarabağ məsələsi gündəmə gətiriləcək. NATO sammitində bəzi ölkələrə verilən vədlərin yerinə yetirildiyi kimi, Azərbaycana da verilən vədlərin yerinə yetirilməsinin vacibliyi vurğulanacaq. Bu, Azərbaycanın haqqıdır və Azərbaycana verilən vədlər yerinə yetirilməlidir. Türkiyə olaraq bu məsələdə qərarlı olduğumuzu bir daha ifadə edəcəyik.

Dağlıq Qarabağ problemi həll olunmadan Türkiyə-Ermənistan münasibətləri normallaşa bilməz. Ankara bunu dəfələrlə bəyan edib”, - deyə Ərdoğan Bakıda bəyan etdi.


Ardınca Uels səfəri var idi. Azərbaycan dövlət başçısı da NATO-nun Uels sammitinə qatıldı. Sammitə gələn Sərkisyan hələ İrəvanda olarkən baş verənləri hiss edib. Onun bu çıxışı da məhz bundan qaynaqlanır.

“Rusiyaya qarşı atılacaq addımlardan ən çox zərər görən ölkə Ermənistan olacaq”


Publika.az-a açıqlamasında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli bildirib ki, Sərkisyanın dedikləri onun qorxu əhval-ruhiyyəsində olduğunu göstərir: “Digər tərəfdən, Uels sammitində Ermənistanın müttəfiqi olan Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq ediləcəyi gözlənilir. Ola bilsin ki, NATO Rusiyaya qarşı yeni hərbi-siyasi doktrinasını qəbul etsin. Bu siyasi doktrina özündə bir çox müddəaları birləşdirəcək və Rusiya sərhədləri boyunca ordu yerləşdirilməsi baş verə bilər. İndi Sərkisyan görür ki, Azərbaycan xeyli güclənib, digər tərəfdən Ərdoğan Bakıda baş verəcəklərin mesajını səsləndirdi. Bunların fonunda Rusiyaya qarşı atılacaq addımlardan ən çox zərər görən ölkə Ermənistan olacaq. Ona görə də belə qorxu dolu çıxışlar edir”.


“Sərkisyan qorxu içindədir”


Politoloq qeyd edib ki, Sərkisyan təşviş içindədir.

“Azərbaycan prezidenti də bildirmişdi ki, Ermənistan əhalisi təşviş içindədir. Bu prezidentləri Sərkisyana da sirayət edib. Rusiyanın quberniyası olan Ermənistan NATO-dan çox ehtiyatlanır. Barak Obamanın bundan əvvəl Ermənistana “getsin dostu Rusiya ilə məsləhətləşsin” mesajı da ciddi tendensiyalardan xəbər verir”, -deyə politoloq bildirib.


“NATO Sərkisyanlamı məsləhətləşəcək?”


Lakin Q. Hüseynli qeyd edib ki, Sərkisyan NATO-nun onunla məsləhətləşməyəcəyini yaxşı bilməlidir: “NATO kimi böyük bir qüvvə dünyada heç bir çəkisi olmayan, zəif siyasətçi kimi ad çıxaran Sərkisyanın çağırışınamı qulaq asacaq? Yaxud Cənubi Qafqaz kimi mürəkkəb regionda təsir imkanlarının artırmaq üçün Ermənistana istinad edəcək? Bu ağlasığmaz şeydir və Şimal Alyansında oturanlar bunu yaxşı bilirlər. Onlara daha çox zəngin və güclü Azərbaycan lazımdır, nəinki Rusiyanın boyunduruğunda yaşayan Ermənistan. Ola bilsin ki, erməni lobbisinin müəyyən təsirləri olsun, lakin mən inanmıram ki, dünyanın siyasi xəritəsinin yenidən cızıldığı indiki geopolitik vəziyyətdə, xüsusilə Rusiya faktorunu nəzərə alsaq, NATO kiminsə şəxsi maraqlarını nəzərə alsın”.


Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm