“Proses sülhə çatmağa xidmət edəcək”- Dövlət Departamentindən rəsmi açıqlama
Bizi izləyin

Nida.az

“Proses sülhə çatmağa xidmət edəcək”- Dövlət Departamentindən rəsmi açıqlama

ABŞ Dövlət Departamenti sentyabrın 4-də Uelsdə Azərbaycan prezidenti İlham Əliyev, Ermənistan prezidenti Serj Sarkisyan və ABŞ-ın dövlət katibi Con Kerri arasında keçirilmiş üçtərəfli görüşlə bağı rəsmi açıqlama yayıb.

Publika.az Dövlət Departamentinin rəsmi saytına (www.state.gov) istinadən xəbər verir ki, görüşdə Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətindəki danışıqlar prosesi və hazırkı vəziyyət barədə fikir mübadiləsi aparılıb.


“ABŞ dövlət katibi bir müddət əvvəl cəbhə xəttində yaranmış gərginliklə bağlı dərin narahatlığını ifadə edib. ABŞ inanır ki, toqquşmaların səngiməsi və əlaqələrin normallaşdırılması Azərbaycan və Ermənistan arasında sülh yaradacaq. Bu, hər iki ölkənin xalqlarının gələcəyini təmin edəcək, həmçinin Cənubi Qafqazda sabitliyin bərpası üçün mühüm addım olacaq. Məhz bu məqsədlərlə, dövlət katibi Kerri prezidentləri atəşkəs rejiminə riayət etməyə və cəmiyyətlərini sülhə hazırlamaq istiqamətində əlavə addımlar atmağa çağırıb. Con Kerri münaqişə tərəflərini sülh prosesində vasitəçi olan ATƏT-in Minsk Qrupunun həmsədrləri ilə birgə işləməyə həvəsləndirib. Həmçinin ABŞ dövlət katibi prezidentlərin dialoqu davam etdirməyə razılaşmasını alqışlayıb. O, tərəfləri danışıqlarda daha da yaxından iştirak etməyə çağırıb. Prosesin davamlılığı tərəflər arasında etimad yaratmağa və bölgə xalqlarının layiq olduğu sülhə çatmağa xidmət edəcək”, -deyə məlumatda qeyd olunub.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm