Pənah Hüseyn kimin başqan olmağını istəyir?- Açıqlama
Bizi izləyin

Nida.az

Pənah Hüseyn kimin başqan olmağını istəyir?- Açıqlama

Xalq Partiyasının sədri, İsa Qəmbərə yaxınlığı ilə seçilən Pənah Hüseyn Müsavatda başqanlıq seçkilərinə münasibət bildirib.

Publika.az-a açıqlamasında P. Hüseyn hansısa namizədi dəstəkləmədiyini açıqlayıb.

“Müsavat başqanının seçilməsi müsavatçılar və qurultay nümayəndələrinə aid olan məsələdir. Mən bu partiyanın işlərinə qarışa bilmərəm. Qarışmağı da qeyri-etik hesab edirəm. Ona görə də, namizədlərə sadəcə uğurlar arzulayıram”, - deyə P. Hüseyn bildirib.

Qeyd edək ki, sentyabrın 27-nə qurultay təyin edən Müsavatda başqanlıq seçkiləri keçiriləcək. Hazırkı başqan İsa Qəmbər nizamnaməyə görə namizədliyini irəli sürə bilmir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm