YAP-dan Devid Kramerə sərt reaksiya: “Azərbaycanın zəifləməsində maraqlısan”
Bizi izləyin

Nida.az

YAP-dan Devid Kramerə sərt reaksiya: “Azərbaycanın zəifləməsində maraqlısan”

“Fredoom House” həmişə özünü Azərbaycanın daxili milli müxalifəti kimi aparır. Bu təşkilatın son bəyanatı da göstərdi ki, o, Azərbaycanla bağlı QHT kimi yox, siyasi təşkilat kimi mövqe sərgiləyir, ölkəmizə qarşı “Səlib yürüşü” təşkil edir”.


Publika.az-a açıqlamasında bu barədə Yeni Azərbaycan Partiyasının (YAP) Siyasi Şurasının üzvü, millət vəkili Aydın Mirzəzadə mərkəzi qərargahı ABŞ-da olan “Freedom House” təşkilatının rəhbəri Devid Kramerin Azərbaycanla bağlı tənqidi fikirlərinə münasibət bildirərkən deyib.


A. Mirzəzadə qeyd edib ki, QHT-nin vəzifəsi vətəndaş cəmiyyətinin qurulmasıdır: “Amma hansısa QHT istənilən ölkəyə qarşı sanksiya tətbiq etməyə çağırırsa, bu, ilk növbədə həmin ölkənin vətəndaşlarının sosial vəziyyətinin ağırlaşmasına, iqtisadi çətinliyə səbəb olur. Göründüyü kimi, “Freedom House” Azərbaycan dövlətinin zəifləməsində, Azərbaycan vətəndaşının sosial rifahının pisləşməsində maraqlıdır. Bu baxımdan, onun çağırışlarını qərəzli, məkrli və xaricdə Azərbaycanı sevməyən dairələrin tapşırıqlarının yerinə yetirmək kimi qəbul edirəm. Lakin bir məsələni də vurğulamaq lazımdır ki, “Freedom House”un rəhbərlərindən fərqli olaraq Avropa ölkələrinin rəhbərləri, beynəlxalq təşkilatlar beynəlxalq hüququ bilən və buna hörmət edən insanlardır”.


YAP-çı deputat bildirib ki, Azərbaycan vətəndaşlarının qoruyan hüquqi dövlətdir.

“Azərbaycan bu günə kimi dünya birliyinə xələl gətirəcək addım atmayıb ki, ona qarşı hansısa sanksiya tətbiq olunsun. Buna görə də, Azərbaycan ona qarşı irəli sürülən uydurma “siyasi məhbus” məsələsində ittiham oluna bilməz. Təəssüf ki, Azərbaycana zorla bu adı vermək istəyənlər, müəyyən siyasi tələblər irəli sürənlər var. Lakin heç bir qüvvə, ittiham Azərbaycanı hüquqi-demokratik dövlət quruculuğu, beynəlxalq birliyə inteqrasiya yolundandan çəkindirə bilməz”, - deyə A. Mirzəzadə bildirib.


Qeyd edək ki, “Freedom House” təşkilatının rəhbəri Devid Kramerin Azərbaycana qarşı “Maqnitski siyahısı” sanksiyasını tətbiq etməyi təklif edib. O iddia edib ki, Azərbaycanda 100-dən artıq siyasi məhbus var, buna görə də Rusiyaya, Belarusa qarşı tətbiq olunan bu siyahı Azərbaycana qarşı da edilməlidir.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm