Nida.az
“Gündəmə gəlmək istəyirsə, Rəsul Quliyevdən danışsın”- QALMAQAL
“Zəminə xanım Azərbaycanda ən çox partiya dəyişən şəxsdir. Amma heç bir partiyada uğur əldə etməyib. Onun siyasi təcrübəsi çox idisə, bir-bir dəyişdiyi partiyalara tətbiq edərdi”.
Publika.az-a açıqlamasında Müsavat Divanının üzvü Tural Abbaslı
keçmiş ACP-çi Zəminə Dünyamalıyevanın Müsavat haqqında dediklərinə
münasibət bildirərkən deyib.
T. Abbaslı qeyd edib ki, Müsavatda heç bir böhran vəziyyəti yoxdur.
Onun sözlərinə görə, təmsil olunduğu partiya Azərbaycandan ən güclü
partiyadır: “İsa bəyin rəhbərliyinə gəlincə, onu deyə bilərəm ki,
bu şəxsin siyasi idarəçiliyi həm cəmiyyətə, həm də müsavatçılara
bəllidir. İsa bəy kimi insanlar çox olsa bütün ölkə üçün müsbət
dəyişikliklə olar. Zəminə xanımın İsa bəyin fəaliyyəti haqda
danışmağa isə heç bir haqqı yoxdur. O gündəmə gəlmək üçün İsa bəyin
adından istifadə edir”.
T. Abbaslı Z. Dünyamalıyevaya məsləhət görüb ki, gündəmə gəlmək
üçün Rəsul Quliyev haqqında yeni açıqlamalar versin.
Qeyd edək ki, Z. Dünyamalıyeva teleqraf.com-a açıqlamasında bildirib ki, Müsavat artıq özünü idarə edə biləcək səviyyədə deyil.
“On il bundan əvvəl mətbuatda çıxış etmiş, İsa Qəmbərin çox səviyyəli şəkildə Müsavat başqanlığından getməsini arzu etmişdim. Həm də İsa Qəmbərin başqanlıqdan gedəcəyinə inandığımı ifadə etmişdim. Çünki mən İsa Qəmbəri belə görmək istəyirdim. Yəni xalqın etimadını, müsavatçıların ümid və hörmətini itirmədən, siyasətin pik nöqtəsində olduğu üçün siyasətdən getməsinin tərəfində idim. Çox təəssüflər olsun ki, İsa Qəmbər bunu özünə yaraşdırmadı. Nəticədə pik nöqtədən sıfır nöqtəsinə endi. İsa Qəmbər 10 il öncə başqanlıqdan getsəydi, Müsavat bu vəziyyətə düşməzdi”, -deyə o bildirib.
Z. Dünyamalıyeva qeyd edib ki, xalq İsa Qəmbəri peşman edəcək.
Asif Nərimanlı
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək
-
İdman11:25
Ulduzu sönən futbolçunun parlaq gözəli - FOTOLAR
-
Nida Xəbər 10:47
Ermənilər Azərbaycanın nəzarətinə keçəcək körpünü tutdular
-
ABŞ10:17
Arxeoloqlar ABŞ-ın ilk prezidentinin içki anbarını tapdılar: Görün nə içirmiş - FOTO
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ