“The Economist”: “Azərbaycanın qanuni torpaqlarını ermənilər idarə edir”
Bizi izləyin

Nida.az

“The Economist”: “Azərbaycanın qanuni torpaqlarını ermənilər idarə edir”

Dağlıq Qarabağ münaqişəsinin nizama salınması perspektivləri NATO-nun Uels sammitində ABŞ dövlət katibi Con Kerri ilə Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan prezidenti Serj Sərkisyanın görüşündə müzakirə edildi. Danışıqların gedişində əldə olunan nəticələr dəqiq bilinmir, lakin bu görüş Cənubi Qafqaza Qərb tamaşaçının marağını artıra bilər.

Publika.az xəbər verir ki, bu barədə “The Economist” jurnalının Qarabağla bağlı dərc etdiyi materialda deyilir.


“Qarabağ: Dağlıq münaqişəsi” adlı məqalədə qeyd edilir ki, Azərbaycanın qanuni torpaqlarını etnik ermənilər idarə edir.


“1988-ci ildə parçalanma müharibəyə gətirib çıxartdı. Nəticədə 30 min insan həlak oldu. Atəşkəs 1994-cü ildə bağlandı, lakin Azərbaycan 20 faiz torpağını itirdi. Bu müddət ərzində cəbhədə atəş səsləri eşidilirdi, lakin bu il 1994-cü ildən bəri ilk dəfə böyük miqyaslı hücumlar baş verdi.

Azərbaycan prezidenti “müharibə bitməyib, bu yalnız birinci hissədir” xəbərdarlığını etdi.

Avqustun əvvəlində Rusiya prezidenti Vladimir Putin hər iki prezidenti Soçiyə çağırdı. Cəbhədəki qarşıdurma yumşaldı, lakin tərəflər münaqişəni nizama salınmasına əsla yaxınlaşmadı. Sentyabrın 2-də Sərkisyan “Dağlıq Qarabağ Respublikasının” müstəqilliyinin 23-cü ildönümünü təbik etdi”, - deyə nəşr yazıb.

Karneqi fondunun eksperti Tomas de Vaal güman edir ki, beynəlxalq vasitəçilərin təhlükəsizlik zəmanətlərinə inam tükənib.

Bakı ikilistandartları gündəmə gətirir və qaçılmaz sual qoyur: “Qərb Krımın ilhaqı üçün Rusiyanı cəzalandırdığı halda, nə üçün Dağlıq Qarabağın işğalına görə Ermənistana heç nə etmir?”

Əslində çox maraqlıdır ki, Qərb ərazi bütövlüyünün pozulmasının qarşısını almaq üçün güc tətbiqini təqdir edir, lakin Azərbaycandan səbirli olmağı istəyir.

ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Metyu Brayza isə hesab edir ki, Azərbaycan bununla Qərbin münaqişənin həllindəki gücünə etibarı itirir.


Qeyd edək ki, bir il öncə “The Economist” “Dağlıq Qarabağ münaqişəsi: çürüyən yara” adlı məqaləsində ATƏT-in Minsk qrupunun qabiliyyətsizliyinə diqqət çəkərək, Beynəlxalq Böhran Qrupunun hesabatına istinad edirdi. Qeyd edirdi ki, nə qədər yanlış olsa da, erməni mediası Azərbaycanın işğal edilmiş ərazilərini “azad edilmiş” olaraq təqdim edir. Bu da vəziyyəti kəskinləşdirir.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm