Haldun Yalçınkaya: “Türkiyə Qarabağ münaqişəsinin həllində yer almaq istəyir”
Bizi izləyin

Nida.az

Haldun Yalçınkaya: “Türkiyə Qarabağ münaqişəsinin həllində yer almaq istəyir”

Türkiyə prezidenti Rəcəp Tayyip Ərdoğan Bakıda söz verdiyi kimi NATO-nu Uels sammitində Dağlıq Qarabağ problemini qaldırdı.


“Dağlıq Qarabağ probleminin həlli Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir”, - deyə Ərdoğan çıxışında bildirdi.

Hazırkı dönəmdə yaxın Şərqdə baş verən münaqişələrin marağına zidd olduğu Türkiyə Cənubi Qafqazda da eyni halın yaşanmasını istəmir. Bir tərəfdən, bu ölkənin regionda maraqları var, digər tərəfdən, Azərbaycanla yaxın münasibətlər münaqişənin qardaş ölkənin ərazi bütövlüyü çərçivəsində həll olunmasını vacib edir.

Publika.az-a açıqlamasında türkiyəli ekspert Haldun Yalçınkaya bildirib ki, Azəbaycanın strateji tərəfdaşı olan Türkiyə Qarabağ münaqişəsinin nizamlanması prosesində yer almaq niyyətindədir.

“Bildiyimiz kimi, Ərdoğan prezident olaraq ilk rəsmi səfərini Azərbaycana etdi. Ardınca NATO-nun Uels sammitində Qarabağ münaqişəsinin həll olunmaması problemini qaldırdı. Bu Azərbaycanın Türkiyə siyasətində tutacağı yeri, Qarabağ münaqişəsinə yanaşmasını göstərdi. Hərçənd Ankara bundan əvvəl də qardaş Bakının maraqlarına diqqətlə yanaşırdı”, - deyə türkiyəli ekspert bildirib.

Onun sözlərinə görə, Ərdoğanın NATO-ya Azərbaycana münaqişənin nizama salınması üzrə verdiyi vədləri yerinə yetirmək çağırışı etməklə həm də diplomatik gediş etdi: “Bununla bir tərəfdən, NATO-nun üzvlərinə xatırlatdı ki, Ukraynadan başqa MDB məkanında gərginliyin daha bir mərkəzi var və bura ədalətsiz şəkildə unudulubdur. Digər tərəfdən, bu müraciət ATƏT Minsk qrupunun həmsədrlərinə idi ki, Dağlıq Qarabağ münaqişəsinin nizama salınması təkcə Rusiya, ABŞ və Fransanın deyil, Türkiyənin də maraq dairəsindədir. Bu diplomatik nöqteyi-nəzərdən çox əhəmiyyətlidir”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm