“Özləri NATO-nun əleyhinə çıxacaqlar ki, donuruq”
Bizi izləyin

Nida.az

“Özləri NATO-nun əleyhinə çıxacaqlar ki, donuruq”

Milli Məclisin üzvü Fazil Mustafa Uels sammitində baş verənlərlə bağlı sosial şəbəkələrdə maraqlı fikirlər irəli sürüb.


Publika.az xəbər verir ki, F. Mustafa bildirib ki, Putinin şansı ABŞ prezidentinin Barak Obama olmasında gətirib: “Mən Ronald Reyqanın bioqrafiyası ilə tanışam. İnanın ki, Reyqanın yerinə Obama olsaydı, SSRİ-nin dağılması xeyli gec baş verəcəkdi. ABŞ tarixində bu qədər xaraktersiz prezident oxuyub-öyrəndiklərimdən xatırlaya bilmirəm. Xarici siyasətdə aldığı bütün qərarlar fiasko. Necə olub ki, adama Nobel mükafatı verilib. Hansı sülhə görə...Yaxın Şərqdə sabit bir yer saxlamadı.

Ukraynanın taleyini öz qərarsızlığı ilə Rusiyanın ovcuna qoydu. Krım unuduldu, Luqansk və Donbas qeyri-rəsmi Rusiyanın himayəsinə keçdikdən sonra atəşkəs tətbiq etmək məcburiyyətində qaldı Ukrayna. NATO-nun da gücü ancaq müsəlman aləminə qarşı istifadə olunur. Rusiyanın qarşısında əslində əriyib-tökülən bir NATO və onun boşboğazlıq vasitəsinə çevrilən prinsipləri var. Uels samitində alınan qərarlar isə tamamilə gülüncdür. Lap mollanın cübbəsinin itməsi səhnəsinə oxşar bir lətifəni xatırladır. Molla əsəbi şəkildə oğurlanmış cübbəsini nəzərdə tutaraq deyir ki, ay camaat bilirsiniz tapılmasa, nə edəcəyəm? Soruşurlar ki, nə edəcəksən? Cavab verir ki, gedib yenisini alacağam.

Krım işğal olunub, Donbas və Luqansk kimi iri sənaye mərkəzləri itirilib, yalandan Rusiyanı qorxutmaq istəyir. İndi 5 min nəfərlik personal hazırlayır, qabaqdan da Avropanın soyuq payızı başlayır, Avropalılar üşüməyə başlayanda o qüvvəni harada istifadə edəcəksən? Özləri NATO-nun əleyhinə çıxacaqlar ki, donuruq, Ukrayna da cəhənnəmə, imkan ver Rusiyadan qazımızı alaq. Azərbaycanda NATO ilə əməkdaşlıq barədə siyasi etiket xaricində səmimi düşüncəsi olanlar bu hadisələri bir daha diqqətlə izləməlidirlər”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm