Salyan sakinləri Suriyaya döyüşməyə gedir? - İDDİA
Bizi izləyin

Nida.az

Salyan sakinləri Suriyaya döyüşməyə gedir? - İDDİA

Salyan rayonun Kərimbəyli kəndinin sakinləri olan Azad və Mahir qardaşlarının da Suriyada döyüşmək üçün səfərə hazırlaşması barədə xəbər yayılıb.

Kənd sakinlərinin Publika.Az-a verdiyi məlumata görə, son vaxtlar Azad və Mahir qardaşlarının bəzi hərəkətləri şübhələr doğurur. Sakinlər deyir ki, Azad və Mahir qardaşları kənddə vəhabi kimi tanınırlar: “Hətta, onların kənddə Salyan-Şirvan yolunun kənarında marketləri də “Vəhabilərin marketi” adı ilə məşhurdur”.

Məsələni dəqiqləşdirmək üçün qardaşlardan biri olan Mahir ilə telefon əlaqəsi yarada bildik. Mahir Publika.Az-a açıqlamasında sözügedən məlumatların doğru olmadığını söyləyib: “Bilirsiniz, bu barədə telefonla danışmaq istəmirəm. Bunlar telefon söhbəti deyil. Mən heç yerə getməmişəm, gördüyün kimi burdayam”, - deyə Mahir əlavə edib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm