.jpg)
AXC hökuməti zamanı Daxili Qoşunların komandanı olmuş, hazırda Ukraynada yaşayan Fəhmin Hacıyev yaxın münasibətlərdə olduğu Müsavat Partiyasında başqanlı seçkilərinə münasibətini açıqlayıb.
Publika.az-a açıqlamasında F. Hacıyev bildirib ki, Müsavatda
başqanlıq uğrunda əsas mübarizə iki şəxs arasında gedəcək: “Onlar
Arif Hacılı və Qubad İbadoğludur. Amma mənim namizədim yoxdur”.
İsa Qəmbərin getməsinə gəlincə, F. Hacıyev düşünür ki, bu,
nizamnamənin tələbidir. Lakin onun fikrincə, qurultaydan sonra İ.
Qəmbərin çəkisi daha da artacaq.
“Hamı kimi İsa bəy də Müsavatın nizamnaməsinə tabedir.
Qurultaydan
sonra isə İsa bəyin siyasi çəkisi daha da artacaq”, - deyə o
vurğulayıb.
F. Hacıyev İ. Qəmbərin partiyada veto hüququnun saxlanılması haqda
deyilənlərlə razılaşmır. Onun fikrincə, buna ehtiyac yoxdur: “İsa
bəyin veto hüququna ehtiyacı olduğunu düşünmürəm”.
Qeyd edək ki, Müsavat Divanının üzvü Nüşabə Sadıqlı Publika.az-a
açıqlamasında bildirib ki, İsa Qəmbərin Müsavat
Partiyasında veto hüququnun saxlanılması üçün üstqurumun
yaradılması təklifi qurultaya təqdim ediləcək.
Publika.az-ın bu proseslə bağlı əldə etdiyi məlumatda isə deyilirdi
ki, üst qurumun yaradılması ideyası İ.Qəmbərin özündən
gəlib və bununla da o, veto hüququnun qoruyub saxlayacaq. Başqan
bunu gələcəkdə partiyanın parçalanmaması və başqanlıq seçkilərindən
sonra kritik parlament seçkilərin gəldiyi ilə əsaslandırıb.
Ən maraqlısı isə, başqanlığa iki namizəd arasındakı incə
seçimdir. Belə ki, İ.Qəmbərə ən yaxın, lakin öz gücü ilə ona
alternativ ola biləcək namizəd A.Hacılının başqan seçilməyəcəyi
təqdirdə yaradılması nəzərdə tutulan üstqurumda təmsilçiliyi
gündəmə gəlib. Eyni zamanda, Q. İbadoğlu ilə bağlı da eyni proses
baş verə bilər. Məlumata görə, üstqurumda əsas söz sahibi İsa
Qəmbər olacaq.
Asif Nərimanlı