Yəhudi əsilli jurnalist “erməni separatizmi” haqda yeni faktlar açıqladı
Bizi izləyin

Nida.az

Yəhudi əsilli jurnalist “erməni separatizmi” haqda yeni faktlar açıqladı

1991-ci ilə qədər Bakıda yaşayan, 1980-ci illərin sonlarında Dağlıq Qarabağda baş verən erməni separatizminin, həmçinin Sumqayıt hadisələrinin, eləcə də Xocalı soyqırımının şahidi olan yəhudi əsilli jurnalist Pyotr Lyukimson Dağlıq Qarabağ münaqişəsi və həmin dövrdə baş verənlərlə bağlı məqalə ilə çıxış edib.


Publika.az xəbər verir ki, P. Lyukimson bildirib ki, hər bir azərbaycanlı üçün Qarabağ yəhudilər üçün Qüds, ruslar üçün Sergeyevin dəfn ağacı, fransızlar üçün Bulonski meşəsi nə deməkdirsə, eyni mənanı daşıyır.

“Azərbaycanda ermənilərə qarşı hansısa diskriminasiyadan danışmaq mümkünsüz idi”


“Yüz minlərlə erməni Azərbaycan ərazisində sağ-salamat yaşayırdı. Erməni dilində qəzetlər, kitablar dərc olunur, erməni məktəbləri təkcə Qarabağda yox, Bakıda və respublikanın digər rayonlarında, hətta ermənilərin ən az yaşadığı yerlərdə fəaliyyət göstərirdi. Bütün kitabxanalarda erməni bölməsi var idi. Dağlıq Qarabağ Muxtar Respublikasının iqtisadi göstəriciləri respublikanın göstəricilərini qabaqlayırdı. Bütün rəhbərlik əsasən ermənilərdən ibarət idi. Ermənilər hətta muxtar respublikanın Azərbaycan kəndlərində də kənd sovetlərinin sədri idilər. Azərbaycanda erməni əhalisinə qarşı hansısa diskriminasiyadan danışmaq mümkünsüz idi”, - deyə müəllif qeyd edib.


“Erməni separatizmi Sovetlər Birliyinin süqutunun başlanğıcı oldu”

Yəhudi əsilli jurnalist əlavə edib ki, muxtar respublikanın erməni rəhbərləri tərəfindən Azərbaycan əhalisi təzyiqə məruz qalırdı. Onun sözlərinə görə, hər il minlərlə azərbaycanlı ailə muxtar respublikanın başqa rayonlarına köçürülürdü: “1985-ci ildə burda 123 min erməni, 37 min azərbaycanlı yaşayırdı. Halbuki Qarabağ xanlığının Rusiyaya birləşdirilməsi vaxtlarında bura cəmi 4331 erməni var idi. Həmin il (1985-ci il) ermənilər Qarabağda ermənilərin yerləşməsinin 150 illik tarixini özündə əks etdirən abidədən 150 rəqəmini sildilər. Məhz Qarabağda başlanan erməni separatizmi Sovetlər Birliyinin süqutunun başlanğıcı oldu. Bu hadisələrdən sonra 1987-ci ildə Parisdə erməni milli konqresində Ermənistanla Dağlıq Qarabağ Muxtar Respublikasındakı ermənilərin SSRİ-də başlayan “yenidənqurma” prosesində “erməni xalqının qanuni tələbələri”nin təmin olunması üçün demokratik dəyişikliklərdən istifadə haqqında qərar qəbul edildi. Həmin il Parisdə Qorbaçovun iqtisadi məsləhətçisi Abel Aqanbeqyan Fransada erməni diasporunun nümayəndələri ilə görüşdü, sonra fransız qəzetlərinə müsahibə verdi. Bildirdi ki, Qarabağ respublikanın şimal-şərqində yerləşir və bu ərazilər ermənilərindir: “İqtisadçı kimi hesab edirəm ki, Qarabağ Ermənistanla daha çox bağlıdır, nəinki Azərbaycanla. Mən bu barədə təklif təqdim etmişəm. Ümid edirəm ki, yenidənqurma və demokratik dəyişikliklər şəraitində bu problem öz həllini tapacaq”.

“Nizami Gəncəvini belə həyasızcasına erməni şairi elan etdilər”


Eyni zamanda, erməni və ümumittifaq mətbuatında erməni publisistlərinin məqalələri peyda olmağa başladı və bu məqalələrdə iddia olunurdu ki, azərbaycanlılar Cənubi Qafqaza gəlmə xalqlardır. Heç bir tarixi köklərə malik deyillər. Onların yerləşdiyi ərazilər qədim erməni torpaqlarıdır. Hətta bu müəlliflərin bəziləri Azərbaycanın ən böyük şairi Nizami Gəncəvini belə həyasızcasına erməni şairi elan etdilər.

Antiazərbaycan isterikada olan ermənilər üçün ən böyük imkan 1987-ci ildə “Xalqların dostluğu” jurnalında nəşr olunan “Əla Andranik” məqaləsi idi. Burda Azərbaycan kəndlərində “qılınc və kəfənlə” gəzməyə çağıran erməni şairəsi Silva Kaputikyanın şeirləri yayılırdı. Bundan sonra Qarabağ erməni millətinin “mərkəzi” elan edildi. Bununla bağlı “Mərkəz” kitabı çap olundu və böyük tirajla yayıldı. Həmin kitabda azərbaycanlılara qarşı nalayiq iddialar irəli sürülürdü. Ən dəhşətlisi isə bölgədən ilk növbədə Azərbaycan qadınlarının təmizlənməsi idi”.


“Yerevanda və Xankəndində eyni şüarlar səsləndirildi”


Müəllif yazır ki, Azərbaycanda bütün bunlara cavab verməyin lazım olduğunu anladılar.

“Bu arada Xankəndində Qarabağın Ermənistana birləşdirilməsi tələbi ilə mitinqlər başlandı və dərhal bunu Yerevanda dəstəklədilər. Əvvəl mitinqlərdə bir neçə yüz insan iştirak edirdisə bir neçə gün sonra bu say mini keçdi. Yerevanda və Xankəndində eyni şüarlar səsləndirildi. “Stalinin səhvini düzəltməyin vaxtıdır” və “Ana Ermənistana birləşmək”. Bu çox təəccüblü idi. 1987-ci il nümayişlərindən sonra hər şey idarəçilikdən çıxdı və Moskva belə problemi həll etmək üçün heç nə etmədi. Nəticədə, Azərbaycan 20 faiz əhalisini itirdi, bir milyondan artıq qaçqın və məcburi köçkün problemi ilə üz-üzə qaldı", - deyə Pyotr Lyukimson vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm