• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

İŞİD-çi azərbaycanlılar Ukraynaya gedir: “Saqqalsızlara qarşı Cihad”- Şok Detallar

  • Nida.az
  • 8 Sentyabr 2014 13:02
  • 1 609 Baxış
İŞİD-çi azərbaycanlılar Ukraynaya gedir: “Saqqalsızlara qarşı Cihad”- Şok Detallar

İŞİD-in İraqda savaşan Qafqaz əmirliyi Ukraynada Rusiyaya qarşı döyüşmək qərarına gəliblər.


Publika.az xəbər verir ki, bu barədə Abdullah Pashtun adlı şəxs tərəfindən sosial şəbəkələrdə yayılıb.

Məlumata görə, döyüş əməliyyatı “saqqalsızlara qarşı Cihad” adlanır və bu, Qafqaz əmirliyinə daxil olan cihadçılar tərəfindən həyata keçiriləcək. Məlumatı yayan şəxs iddia edir ki, əmirliyə çoxsaylı çeçenlərlə yanaşı, Qafqazdan olan digər xalqların nümayəndələri, azərbaycanlılar, Dağıstan müsəlmanları olan ləzgilər, avarlar, darginlər, balkarlar və digərləri də daxildir. Həmçinin əmirliyin daxilində Türkiyədən olan döyüşçülər də var.

İddialara görə, Ukraynada Rusiya əleyhinə döyüşdə hər bir cihadçının ailəsinə aylıq 1000 ABŞ dolları məvacib veriləcək. Həmçinin, döyüş meydanında əldə olunan bütün qənimətlər bölünəcək.


Qeyd edək ki, iyul ayında çeçen analitiki Mairbek Vatçagayev də Ukraynada antirusiya əməliyyatı haqda yazmışdı. Lakin o, bu əməliyyata, əsasən Avropadan olan çeçenlərin qatılacağını deyirdi. Beləliklə, Ukraynada Rusiya əleyhinə ikinci cəbhə açılacaq. Onun sözlərinə görə, çeçenlərə Rusiyadan qisas almaq üçün bu, yaxşı fürsətdir.


Abdullah Pashtun isə iddia edir ki, İŞİD-də Qafqaz əmirliyinə hakim çeçenlər də bu döyüşlərdə iştirak etmək fikrinə məhz bundan sonra düşüblər.


Məlumat üçün bildirək ki, İŞİD tərkibində İraq döyüşlərində iştirak edən azərbaycanlılar Qafqaz əmirliyinə daxildir. İŞİD-in Suriya qolunda isə azərbaycanlılar ayrıca camaat olaraq təmsil olunur.

Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR