• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

AMİP sədri: “Müdafiə komitələri istintaqa təzyiq edir”

  • Nida.az
  • 8 Sentyabr 2014 14:46
  • 482 Baxış
AMİP sədri: “Müdafiə komitələri istintaqa təzyiq edir”

“Həbslərlə bağlı müdafiə komitələrinin yaradılması məhkəmələrə təzyiq formasıdır”.


Publika.az-a açıqlamasında bu barədə Azərbaycan Milli İstiqlal Partiyasının (AMİP) sədri Yusif Bağırzadə deyib.


Onun sözlərinə görə, məhkəmə qərarı olmadan tez nəticə çıxarmaq doğru deyil: “Hazırda istintaq gedir. Bilirsiniz ki, Azərbaycanda məhkəmə çox pilləlidir. Birinci instansiyanın qərarından yuxarı instansiyalara şikayət etmək mümkündür və bunun olduğu təqdirdə, tez nəticə çıxarıb məhkəmələr haqqında danışmaq doğru deyil. Qərarı gözləmək lazımdır. Hər kəs kimi, həbs olunan QHT rəhbərləri də bu ölkənin vətəndaşıdır və qanunlara tabe olmalıdırlar. Məhkəmə qərarından razı olmayacaqları təqdirdə, yuxarı instansiyalara müraciət edə bilərlər”.


Y. Bağırzadə bildirib ki, müdafiə komitələrində təmsil olunmaq üçün onlara da dəvət göndərilib.

“Lakin biz bundan imtina etmişik. çünki bunu doğru saymırıq. Hələ istintaq bitməyib, məhkəmə heç bir qərar verməyib, indidən bu prosesə başlamaq doğru deyil. Deyərdim ki, bu dolayısı yolla istintaqa, məhkəməyə təzyiq etməkdir”, - deyə AMİP sədri vurğulayıb.


Qeyd edək ki, həbslərlə bağlı müxalifət düşərgəsi iki komitə təsis edib. Biri Müsavat başqanı İsa Qəmbərin təşəbbüsü, KXCP sədri Mirmahmud Mirəlioğlunun təşkilatçılığı, digəri isə Milli Şuranın təşəbbüsü ilə yaradılıb.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR