Ermənistan nümayəndə heyəti Bakıya gəlməkdən imtina etdi
Bizi izləyin

Nida.az

Ermənistan nümayəndə heyəti Bakıya gəlməkdən imtina etdi

Bu gün Bakıda Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin növbəti 4-cü qeyri-rəsmi görüşü öz işinə başlayıb.

Publika.az-ın məlumatına görə, KİV üçün qapalı keçirilən görüşün əsas məqsədi Avropa İttifaqının Şərq Tərəfdaşlığı çərçivəsində əməkdaşlığın genişləndirilməsi və 2013-cü ilin noyabr ayında keçirilmiş Şərq Tərəfdaşlığı ölkələrinin Vilnüs sammitindən sonra əldə olunmuş nailiyyətlər, gələcək əməkdaşlıq perspektivlərinə dair müzakirələrin aparılmasıdır.

Tədbirdə Şərq Tərəfdaşlığında iştirak edən ölkələrin xarici işlər nazirliklərinin rəhbərlikləri, Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle və Avropa Xarici Fəaliyyət Xidmətinin Baş katibinin müavini Helqa Şmid iştirak edirlər.

Azərbaycan nümayəndə heyətinə xarici işlər naziri Elmar Məmmədyarov rəhbərlik edir.

Qeyd edək ki, Şərq Tərəfdaşlığında Azərbaycan, Ukrayna, Moldova, Gürcüstan, Ermənistan, Belarus iştirak edir. Ermənistan Bakı görüşündə iştirak etmir.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm