• USD 1,7339 0,00% EUR 1,8651 +1,90%
    • GBP 2,2098 +0,44% RUB 0,0271 +0,37%

Avropa İttifaqının Bakı görüşündə Ukrayna hadisələri müzakirə olunur

  • Nida.az
  • 9 Sentyabr 2014 11:28
  • 420 Baxış
Avropa İttifaqının Bakı görüşündə Ukrayna hadisələri müzakirə olunur

"Bu gün Bakıda işə başlayan Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin bu görüşü Ukrayna hadisələri üçün mühüm əhəmiyyət kəsb edir".

Publika.az-ın məlumatına görə, bunu sözügedən görüşdə çıxışı zamanı Avropa İttifaqının genişlənmə və Avropa qonşuluq siyasəti üzrə komissarı Ştefan Füle bildirib. Ukrayna hadisələrinə toxunan Ş.Füle deyib: "İstənilən ölkənin müstəqilliyinin təminatında enerji təhlükəsizliyi mühüm məsələdir. Biz Rusiyanın enerji məsələlərində Ukraynaya qarşı diktəsində Ukraynaya lazım olan bütün köməyi etməliyik. Şərq Tərəfdaşlığına daxil olan 6 ölkə Avropa İttifaqı üçün çox vacibdir. Avropa İttifaqı bu dövlətlərin ərazi bütövlüyünü dəstəkləyir".

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR