Avropa İttifaqının Bakı görüşündə vətəndaş cəmiyyəti ilə bağlı ÇAĞIRIŞ
Bizi izləyin

Nida.az

Avropa İttifaqının Bakı görüşündə vətəndaş cəmiyyəti ilə bağlı ÇAĞIRIŞ

Bu gün Bakıda işə başlayan Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramında iştirak edən ölkələrin xarici işlər nazirlərinin növbəti 4-cü qeyri-rəsmi görüşündə iştirak edən Avropa Birliyi Vətəndaş Cəmiyyəti Forumunun həmsədri Vüqar Bayramov regionda baş verən son dəyişikliklər ilə bağlı çıxış edib.

Publika.az-ın məlumatına görə, görüşdə Rusiya-Ukrayna münaqişəsini və eləcə də regiondaki son durumu qiymətləndirən V.Bayramov eyni zamanda Avropa Birliyi və Şərqi Tərəfdaşlıq Proqramına üzv olan hökumətlərini vətəndaş cəmiyyətinin inkişafını daha yaxından dəstəkləməyə çağıraraq konkret təkliflərlə çıxış edib.

Qeyd edək ki, bu gün Bakıda "Fairmont Hotel"ində Avropa Birliyi Şərqi Tərəfdaşlıq Proqramına üzv olan ölkələrinin xarici işlər nazirlərinin qeyri-rəsmi görüşü təşkil edilir. Tədbirə 5 ölkənin xarici işlər nazirləri ilə yanaşı, eyni zamanda Avropa Birliyinin vitse-presidentinin rəhbərliyi ilə geniş tərkibdə nümayəndə heyəti qatılıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm