Avropanın canına üşütmə düşüb: xilas Bakıda axtarılır -TƏHLİL
Bizi izləyin

Nida.az

Avropanın canına üşütmə düşüb: xilas Bakıda axtarılır -TƏHLİL

Ukrayna böhranından sonra “qaz müharibəsi” təhlükəsi artır. Belə ki, ekspertlər hesab edir ki, böhranlar o zaman yaranır ki, enerji mənbələri yox, onun çatdırılma marşrutu problemlə çevrilir. Bu gün Avropaya rus qazının çatdırılması üçün əsas marşrut olaraq Ukraynanın durumu məlumdur.

Publika.az xəbər verir ki, Ukrayna Baş naziri Arsen Yasenyuk da bildirdi ki, Kiyev yaxın 5 ildə Rusiyadan qaz alışını dayandıracaq.


Bunun fonunda dünən Avropa Birliyinin “Şərq tərəfdaşlığı” proqramına daxil olan ölkələrin enerji nazirlərinin iştirakı ilə Bakıda keçirilən toplantı da diqqətçəkən idi.

Avropanın canına üşütmə düşüb Qorxu


Qış mövsümü gəlir və Avropanın üzərində “qış qorxusu” yenidən yol açıb. Bundan əvvəl baş vermiş Kiyev-Moskva narazılığı zamanı avropalılar canlarına işlədiyi soyuğu hələ də unutmayıb. Hazırkı münasibətlərsə Avropaya qazın çatdırılması riskini yüksəldir. Faktiki olaraq, Avropa Azərbaycan qazına möhtacdır. Lakin Bakının Avropaya qaz çıxarması 4 ildən tez baş tutmayacaq. Belə ki, Ankara və Bakının birgə layihəsi olan TANAP 2018-i ildə başa çatacaq. Bu layihəyə görə, qaz Yunanıstana qədər çatdırılacaq, ardınca TAP gündəmə gəlir ki, bu da TANAP-ın davamı olaraq Afinaya çıxarılan qazın İtaliyaya qədər aparılmasında rol oynayacaq. Amma bütün bunların reallaşması üçün illər lazımdır. Digər tərəfdən, Azərbaycan qazı bütün Avropanın soyuqdan donmasının qarşının ala bilməz. Bu da reallıqdır.


Məsələnin siyasi tərəfi də unudulmamalıdır. Hansı ki, Bakı Qərb-Rusiya savaşında açıq müstəvi olmaq istəmir. Buna görə də, uzaq Avropanın enerji təhlükəsizliyində rol almaqla yanaşı, yaxın Şimal qonşusunun da maraqlarının nəzərə alır.

Qarşıda 5 illik aralıq vaxt var ki, Avropa bunun üçün yollar axtarır. Bakı konfransı da buna hesablanmışdı.


“Avropa Bakıya xilas kimi baxır, amma...”


Lakin rus ekspertlər bunun çıxış yolu olmadığını düşünür. Ortadakı situasiya daha çox Kiyevlə Moskvanın razılaşmasını şərtləndirir buna məcburdurlar. Ehtimal olunur ki, Ukraynanın da iştirakı ilə keçirilən Bakı konfransı Kiyevin Moskvaya qarşı sərt bəyənatlardan çəkindirmək üçündür. Əks təqdirdə, Putin Avropanı soyuqdan donduracaq.


Rusiya milli energetika institutunun rəhbəri Sergey Pravosudov hesab edir ki, Bakı görüşü Rusiyanın ixracına təsir etməyəcək. Onun sözlərinə görə, görüşdə iştirak edən heç bir dövlətin enerji resursları Avropanın ehtiyaclarını ödəməyə yetməyəcək.


Rusiya mühəndisləri ittifaqının birinci vitse-prezidenti İvam Andriyevski isə hesab edir ki, Avropa Bakıya xilas kimi baxır: “Amma Bakının qazı avropalıları tamamilə təmin edə bilməyəcək. Çünki Xəzər dənizinin həll edilməmiş hüquqi statusu Azərbaycanı dənizdəki enerji resurslarını tam olaraq istismarına maneələr yaradır”.

Bəzi iddialara görə, Xəzər dənizinin hüquqi statusunun həll edilməməsində səbəblərdən biri də dolayısı yolla Avropaya enerjinin çatdırılmasıdır.


Bakıda Kiyevin taleyi həll olunur


Qeyd edək ki, hazırda Kiyev ABŞ istehsalı olan “şist” qazına ümid edir. Bunun üçünsə təxminən 5 ilə qədər vaxt lazımdır. Bu müddət ərzində isə Moskva ilə uzlaşmağa məcburdur bunu avropalılar istəyir. Beləliklə, ortada iki variant var. Azərbaycan qazına əlavə enerji mənbələri tapmaqla problemi həll etmək, ya da növbəti 5 il üçün Rusiya ilə münasibətləri yenidən qaydaya salmaq. İkinci variant hazırkı situasiyada daha çətin görünür.


Bu arada Avropa Birliyinin “Şərq Tərəfdaşlığı” proqramında iştirak edən ölkələrin xarici işlər nazirləri hazırda Bakıda görüş keçirir. Görüşdə Ukrayna məsələsi gündəmdədir.

Asif Nərimanlı


Oxumağa davam et
Reklam
Reklam

Gündəm