Əhməd Davudoğlunun Azərbaycana səfərinin vaxtı açıqlandı
Bizi izləyin

Nida.az

Əhməd Davudoğlunun Azərbaycana səfərinin vaxtı açıqlandı

Türkiyənin Baş naziri Əhməd Davudoğlu sentyabrın 19-20-də Azərbaycanda səfərdə olacaq. Bu barədə TRT məlumat verir.

Ə.Davudoğlu Bakıya səfər etməzdən öncə sentyabrın 16-da Şimali Kipr Türk Cümhuriyyətində olacaq.

Türkiyə Baş nazirinin "Əsrin müqaviləsi"nin imzalanmasının 20 illiyi çərçivəsində sentyabrın 20-də Azərbaycanda keçiriləcək Cənubi Qafqaz qaz kəmərinin (Bakı-Tbilisi-Ərzurum) genişləndirilməsi layihəsinin başlaması mərasimində iştirak edəcəyi gözlənilir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm