Əli Kərimli ilə mübarizə aparmaq üçün KXCP-dən istefa verdi- Şok addım
Bizi izləyin

Nida.az

Əli Kərimli ilə mübarizə aparmaq üçün KXCP-dən istefa verdi- Şok addım

Bayraqdar Elman Türkoğlu Klassik Xalq Cəbhəsi Partiyasından (KXCP) istefa verib.

Publika.az-a açıqlamasında bayraqdar bildirib ki, buna səbəb bəzi müxalif daxili qüvvələrə qarşı azad şəkildə mübarizə aparma bilməməsidir.

“Mən bəzi şəxslərin fırıldaq işlərinin üstünü açan kimi partiya rəhbərliyinə zəng vurub şikayət edirdilər. İndi daha KXCP-nin üzvü deyiləm, müstəqil və azad adam kimi müxalifətin daxilində bəzi ünsürlərə qarşı savaş aparacağam. Bundan sonra heç bir partiyanın üzvü olmayacağam. Müstəqil şəkildə mübarizəmi aparacam. Özlərini müxalifət adlandıran bəzi şəxslərin gizli sövdələşmələrini də bir-bir ortaya çıxardacam”- deyə E. Türkoğlu bu addımını belə əsaslandırıb.

Bayraqdar əsas mübarizə hədəfinin AXCP sədri Əli Kərimli olduğunu deyib. Qeyd edib ki, Əli Kərimli və ətrafı, o cümlədən, onun yanında olan jurnalist Xədicə İsmayılla sona qədər mübarizə apacaq.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm