Mirmahmud Mirəlioğludan bayraqdarın istefasına reaksiya
Bizi izləyin

Nida.az

Mirmahmud Mirəlioğludan bayraqdarın istefasına reaksiya

KXCP sədri Mirmahmud Mirəlioğlu bayraqdar Elman Türkoğlunun partiyadan istefasına münasibət bildirib.

Publika.az-a açıqlamasında M. Mirəlioğlu bunu arzuolunmaz hal adlandırıb: “İstefa ərizəsini təqdim etdi, biz də qəbul etdik. Bu arzuolunmaz haldır. Amma seçim onundur. Hər kəs istədiyi addımı ata bilər. Elman bizimlə uzun illər bir yerdə mübarizə aparmış adamdır. Hesab edirəm ki, o, KXCP-dən getsə də mübarizəsini davam etdirəcək, Elçibəy yoluna həmişə sadiq qalacaq”.


KXCP sədri qeyd edib ki, E. Türkoğlu istefa səbəblərini ona bildirməyib.


Qeyd edək ki, E. Türkoğlu publika.az-a açıqlamasında istefasını belə əsaslandırıb: “Mən bəzi şəxslərin fırıldaq işlərinin üstünü açan kimi partiya rəhbərliyinə zəng vurub şikayət edirdilər. İndi daha KXCP-nin üzvü deyiləm, müstəqil və azad adam kimi müxalifətin daxilində bəzi ünsürlərə qarşı savaş aparacağam. Bundan sonra heç bir partiyanın üzvü olmayacağam. Müstəqil şəkildə mübarizəmi aparacam. Özlərini müxalifət adlandıran bəzi şəxslərin gizli sövdələşmələrini də bir-bir ortaya çıxardacam”.

O, əsas mübarizə hədəfinin AXCP sədri Əli Kərimli olduğunu deyib. Qeyd edib ki, Əli Kərimli və ətrafı, o cümlədən, onun yanında olan jurnalist Xədicə İsmayılla sona qədər mübarizə aparacaq.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm