“Başqan seçilməsəm...”- Arif Hacılı gələcək fəaliyyətinə aydınlıq gətirdi
Bizi izləyin

Nida.az

“Başqan seçilməsəm...”- Arif Hacılı gələcək fəaliyyətinə aydınlıq gətirdi

Müsavat Partiyasının başqanlığına namizəd Arif Hacılı seçkinin nəticələrindən asılı olmayaraq partiyadan ayrılmayacaq.


Publika.az xəbər verir ki, bu barədə A. Hacılı öz seçki platformasında bildirib.


A. Hacılı bildirib ki, siyasi fəaliyyətini sonadək davam etdirəcək. Bununla bağlı o, proqramının sonuncu müddəasında deyir: “Başqan seçkilərinin nəticələrindən asılı olmayaraq Müsavat Partiyası sıralarında siyasi fəaliyyəti sonadək davam etdirəcəm”.


Qeyd edək ki, siyasi ekspertlər bu qurultaydan sonra Müsavatda parçalanmaların olacağını düşünür.

İsa Qəmbərin sabiq müavini, politoloq Qabil Hüseynli də Publika.az-a açıqlamasında bildirib ki, qurultaydan sonra Müsavatdan gedənlərin olması qaçılmazdır.


“Çünki o, partiyada birləşdirici fiqur rolunu oynayırdı. Əvvəldən partiya daxilində bir-birini qəbul etməyən qruplar olub, hətta bir-birinə qarşı gizli kampaniya təşkil edənlər də var idi. Lakin bütün hallarda İsa Qəmbərə görə müəyyən sakitlik, birləşmək amili olub. İndi İsa Qəmbər gedirsə, bir-birinə qarşı qisasçı mövqeyində dayanan qruplara geniş meydan açılır. Bu isə partiyanın parçalanmasına gətirib çıxardacaq. Qurultaydan sonra Arif Hacılı və Qubad İbadoğlunun münasibətləri kəskinləşə bilər. Politoloq qeyd edib ki, bu iki şəxsin münasibətləri qurultaydan sonra kəskinləşə bilər. Başqanın kim olmasında İsa Qəmbərin sözü əsas olacaq. Əgər bu dəstək İbadoğluna olsa, o zaman Müsavat bütövlükdə parçalanacaq. Çünki Arif Hacılı və ətrafı gedəcək ki, bu da partiyanın əsas hissəsidir. Yox, Arif Hacılı başqan olsa, Qubad İbadoğlu gedəcək, amma özü ilə çox şey apara bilməyəcək. Yəni onun getməsi Müsavata daha az ziyan vuracaq”, - deyə politoloq vurğulayıb.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm