“ABŞ İraqa girəndə Kərkükü itirdik”- Ələvi liderdən şok açıqlamalar
Bizi izləyin

Nida.az

“ABŞ İraqa girəndə Kərkükü itirdik”- Ələvi liderdən şok açıqlamalar

“Qərb dünyası Kərkükdə Kürdüstan dövlətini qurmaq və bununla da bölgədəki Türkiyənin, İranın, Suriyanın, İraqın, hətta Azərbaycanın çərçivədən çıxan addımına qarşı “şillə vuranı” kimi istifadə etmək istəyir”.


Publika.az-a açıqlamasında bunu Türkiyədə fəaliyyət göstərən Alevi Vakıflar Federasiyasının (AKF) başqanı Doğan Bermek deyib.


D. Bermek buna qarşı qalxmağın zamanı gəldiyini düşünür. Onun sözlərinə görə, kürdlərin insan olaraq yaşaması üçün müəyyən azadlıqları olmalıdır: “Amma bizim də ələvi olaraq etiqad azadlığımız var. Amma bu gün bizim tam olaraq inanc azadlığım yoxdur. Biz 20 milyon adamı öz imkanlarımız hesabına saxlayaraq, üstəlik vergi də veririk”.


Federasiya başqanı hesab edir ki, Kərkük artıq itirilib.


“Kərkük ABŞ İraqa girəndə əldən getdi. Sonuncu dəfə 1964-cü ildə orda olmuşdum. Bakı, İstanbul, Balıkəsir, Bursa nə qədər türk şəhərləridir, o zamanlar Kərkük də o qədər türk şəhəri idi. Sonradan orada kürd hərəkatı yaradıldı. Bir müddət Səddamın türkmanlarla pis davranması və Amerikanın son işğalı zamanı Kərkük Əmlak Qeydiyyatı İdarəsi yandırıldı və Kərkükdəki vəziyyət dəyişdi. Mənim fikrimcə qeydiyyat sənədlərinin yandırılıması kürdlərin işi idi. Nədənsə digər türk ölkələri bu məsələdə susdular. Məqsəd bölgənin demoqrafik vəziyyətini dəyişdirmək və zaman keçdikcə Kərkükü ələ keçirmək idi. Biz o zaman Kərkükü itirdik. Bu gün İŞİD zülmünün ortaya çıxması və digər xalqlar kimi türkmanların da bu zülmdən qaçmaq üçün köç etməsi eyni ssenarinin bir parçasıdır”, - deyə Bermek vurğulayıb.


D. Bermek hesab edir ki, bütün türk dünyası, xüsusilə Azərbaycan və Türkiyə susmamalı, Kərkükdə baş verənlərə müdaxilə etməlidir: “Çünki bizi birləşdirən məsələlərdən biri də Kərkükdür. Kərkükdə bir türk qətliamı var. Biz 68 il öncə sürgün edilən axıskalıların geri dönməsini istəyirik. Amma Kərkükdə türklər öz yerlərindən, yurdlarından edilir. Halbuki onlar 10-cu yüzillikdən burdadırlar”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm