Kiyev gözünü Bakıya dikib: Qərb hansı qərarı verəcək?
Bizi izləyin

Nida.az

Kiyev gözünü Bakıya dikib: Qərb hansı qərarı verəcək?

Avropa İttifaqının “Şərq Tərəfdaşlığı” ölkələrinin energetika nazirlərinin Bakıdakı qeyri-formal görüşü son geosiyasi proseslərə əlavə süjet daxil etdi.

Ukraynanın, dolayısı yolla Avropanın enerji təhlükəsizliyinə hesablanmış bu toplantı bir sıra qərarlar, səslənən fikirlərlə diqqət çəkir. Hansı ki, bu gün Moskva-Kiyev qarşıdurması həm ukraynalılar, həm də avropalılar üçün qışın soyuğunu indidən gətirir. Bütün cəhdlər də məhz bu soyuqdan qurtulmağa hesablanıb.

Ən maraqlısı isə, Ukrayna energetika nazirinin Bakı neftini almaqla bağlı təklifidir. Bakı buna etiraz etmir, lakin hər şey detallı olaraq müzakirə olunmalıdır.

Publika.az xəbər verir ki, Ukraynada başlanan böhran Kiyevi çıxılmaz vəziyyətə salıb. Separatçıların hücum etdiyi Donetsk kömür hövzəsi fəaliyyətini dayandırıb. Həmçinin, 6 neft emalı zavodunun bu gün yalnız ikisi işləyir. Ölkənin neft ehtiyacı 20 milyon tondan yuxarıdır və bu gün ehtiyacın yalnız 15-20 faizini qarşılamaq mümkündür.


Buna qədər Ukraynanın enerji sektoruna Belarus, Latviya, Rusiya investisiya yatırırdı, lakin hazırda heç kim bu riski etmək istəmir.

Ukraynalı nazir də Bakıda çıxışı zamanı bu sahəni yenidən dirçəltməyə işarə vurdu. Onun fikrincə, xüsusi halda Odessa çayı boyunca Polşa sərhədinə qədər boru kəmərinin tikintisi perspektivinə işarə vurdu. Bu layihəni Azərbaycan, Gürcüstan, Polşa, Litva və Ukraynanın özü maliyyələşdirirdi. Lakin Kiyevin avrointeqrasiya xəttini tutması və baş verən böhrandan sonra bu layihə arxa plana keçdi.

İndi Kiyev Bakıdan yenidən neft istəyir. Amma bunun reallaşması praktiki olaraq mümkündürmü?

Bakıdan Kiyevə neftin çatdırılması üçün Qara dəniz boyunca faktiki olaraq iki marşrut var. Biri Gürcüstanın “Supsa”, digəri isə Rusiyanın “Novosibirskaya” kəmərləridir. Hazırda Rusiya varioantı mümkün deyil. Qalır “gürcü versiyası”.


Rusiya mediası isə iddia edir ki, hazırda Azərbaycan üçün Ukraynaya neft ixracı o qədər də əhəmiyyətli deyil.

“Birincisi Kiyev aydınlaşdırmalıdır ki, nə qədər neft istəyir və bu necə çatdırılacaq. Həmçinin pulunu ödəyə biləcəkmi? Çünki Ukrayna Beynəlxalq Valyuta Fondu və qərb ölkələrinin maliyyəsi hesablına ayaqda dayana bilib.

İkincisi, Ukraynaya qədər neftin aparılması logistik baxımından “astarı üzündən baha başa gələcək”. Bu baxımdan, Bakıya Kiyevin dirçəlməsi və öz məhsulunu daha etibarlı satması üçün vaxt lazımdır”, - deyə vurğulanır.


Lakin bir şeyi diqqətdən qaçırmamalıyıq ki, söhbət təkcə Ukraynadan deyil, bütün Avropadan gedir. Bakı Rusiya ilə münaqişə həmçinin tarix boyu rusların asılılığından qurtulmaq cəhdlərinin fonunda “Köhnə Qitə” üçün xilas yoludur. Qərb faktiki olaraq nə Kiyevi yalnız buraxmaq istəmir, nə də gələcək planlarınının Ukrayna üçün alt-üst olmasını. Bunun üçün, yeni variantlar üzərində dayanılacağı qaçılmazdır. Bu prosesdən qazanansa Bakıdır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm