• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“The New York Times”: “Azərbaycan hədəfdədir, Vaşinqton ayılmalıdır”

  • Nida.az
  • 10 Sentyabr 2014 14:14
  • 1 008 Baxış
“The New York Times”: “Azərbaycan hədəfdədir, Vaşinqton  ayılmalıdır”

“Rusiya təkcə Ukraynada “suyu bulandırmır”. SSRİ dağılandan sonra Moskva sərhəd olduğu ölkələrdə separatçıları dəstəkləyir və onların təzyiqi ilə post-sovet ölkələrinə diktə edir. Bu gün Kreml aktiv şəkildə Cənubi Qafqaza doğru irəliləyir”.


Publika.az xəbər verir ki, bu barədə Hayf Universitetinin tədqiqatçı professoru Brende Şafferin “The New York Times”nəşrində dərc olunan məqaləsində deyilir.


Müəllif qeyd edir ki, Moskva dağlıq Qarabağ münaqişəsinin tərəfləri olan Azərbaycan və Ermənistan arasında sülhyaradan rolunda çıxış edir: “Soçi görüşündən əvvəl cəbhədə vəziyyət xeyli gərgin idi, lakin Putinin təşəbbüsü ilə bu aradan qalxdı. Lakin heç kim zəmanət verə bilməz ki, bu gərginlik elə Moskvanın özü tərəfindən yaradılmayıb.

Cənubi Qafqaz uzaq region kimi görünə bilər. Lakin bura Rusiya, İran və Türkiyə ilə həmsərhəddir. Neft və təbii qazın həyati əhəmiyyətli marşrutu olaraq bura Mərkəzi Asiyadan enerjini Rusiyadan yan keçərək Avropaya gətirə biləcək yeganə yoldur. Qərb məmurları özlərinə icazə verə bilmirlər ki, regionun başqa hissəsi Moskvaya aid olsun. Çünki Rusiya 2008-ci ildə Gürcüstandan Cənubi Osetiya və Abxaziyanı aldı, bu il də Krımı zəbt etdi”.

Şaffer xatırladır ki, bu gün Azərbaycan torpaqlarının 20 faizi Ermənistan tərəfindən işğal edilib. Bura Dağlıq Qarabağ və ətraf rayonlar daxildir. Onun sözlərinə görə, atəşkəs haqda razılaşmanın olmasına baxmayaraq, 1994-cü ildən bu günə qədər qarşıdurma tez-tez olur: “Rusiya qoşunları Ermənistanın Hava Hücumundan Müdafiəsinə nəzarət edir. Həmçinin, Moskva Ermənistan iqtisadiyyatında əsas paya malikdir. Əgər konkret danışsaq deyə bilərik ki, Rusiya münaqişənin daim qalması üçün üsullar tapdı. 90-cı illərdə Azərbaycan və Ermənistan üç dəfə sülh razılaşmasını imzalamağa yaxınlaşdı, lakin Rusiya Ermənistana təzyiq edərək bunu pozdu. Misal üçün, 1999-cu ildə Ermənistanın baş naziri, parlamentin spikeri və digər məmurlar parlament binasına hücum nəticəsində öldürüldü.

Həll olunmamış münaqişə dondurulmuş münaqişədir. Moskva hesab edir ki, bu Rusiya qoşunlarının bölgəyə girməsinə bəraət qazandırır. Bu da tərəflərdən heç birinə Moskvanın icazəsi olmadan Qərblə sıx münasibətlər qorumağa imkan verməyəcək”.

Müəllif Soçi görüşünə toxunaraq bildirir ki, İlham Əliyevdən fərqli olaraq Sərkisyan Putinin təşəbbüslərindən məmnun görünürdü.


“Lakin bu görüş nəticə vermədi. Açıq müharibə isə Rusiyaya “sülhməramlılarını” Qarabağa yerləşdirmək üçün səbəb verə bilər. Cənubi Qafqazın destibiliyaziyası Avropanı Rusiya asılılığında qurtarmağa hesablanan enerji layihələrinin sonu deməkdir. Lakin Amerika məmurları buna adekvat reaksiya vermir. Doğrudanmı Vaşinqton Gürcüstan və Ukraynadan sonra heç nə anlamır? Hesab edirəm ki, Putinin bu bölgəni ələ keçirməsinə bəhanə vermədən prezident Obama Azərbaycan və Ermənistan prezidentlərini bir araya yığıb məsələni müzakirə etməlidir. Göstərməlidir ki, Amerika Cənubi Qafqazdan imtina etməyib. Bu liderləri Rusiya təzyiqinə qarşı durmağa stimullaşdıracaq. BMT-nin baş Məclisinin sessiyası gələn həftə başlayacaq. Bu, dəstəyin nümayişi üçün əla fürsətdir”, - deyə Şaffer qeyd edir.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR