Rusiyalı deputat Azərbaycanı Ermənistanı bağışlamağa çağırdı
Bizi izləyin

Nida.az

Rusiyalı deputat Azərbaycanı Ermənistanı bağışlamağa çağırdı

“Dağlıq Qarabağ münaqişəsi üzrə işləyən ATƏT-in Minsk qrupu çox effektsiz fəaliyyət göstərir”.

Publika.az xəbər verir ki, bu barədə Rusiya Dövlət Dumasının MDB işləri üzrə komitəsinin sədr müavini Tatyana Moskolkova deyib.

Rusiyalı deputat hesab edir ki, münaqişə o zaman nizama salınacaq ki, tərəflər bir-birinə vurduğu zərəri anlasın və bir-birini bağışlasın.

“20 ildir davam edən bu münaqişə nə qədər həyatları məhv edib. Bunu tərəflər anlamalı və bağışlamağı bacarmalıdır. Bu çox uzun bir prosesdir, amma olduqca əhəmiyyətlidir. Vladimir Putinin sayəsində iki prezident neçə illik fasilədən sonra Soçidə danışıqlar masasına oturdu. Bu artıq ümid verir ki, dondurulmuş münaqişənin həllində güzəşt yolu tapılacaq. Bütün dünyada belə mübahisəli ərazilər var və biz daha çox qan tökülməsinin qarşısını almalıyıq”, - deyə rusiyalı deputat qeyd edib.


T. Moskolkova Moskvada Azərbaycan və Ermənistan deputatlarının görüşünü xatırladıb. Bildirib ki, nifrəti müdrikliklə əvəzləmək lazımdır.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm