Bakı yəhudisinin qeydləri: “Tapın görək, bunlar kimin uşaqlarıdır”- Şok Detallar
Bizi izləyin

Nida.az

Bakı yəhudisinin qeydləri: “Tapın görək, bunlar kimin uşaqlarıdır”- Şok Detallar

1990-cı illərdə Azərbaycanda yaşamış yəhudi əsilli jurnalist Pyotr Lyukimson “Bakı yəhudisinin qeydləri” başlığı ilə ermənilərin 1988-ci ildən başlayaraq azərbaycanlılara qarşı vəhşilikləri, Azərbaycan torpaqlarının işğalı ilə bağlı məqalə ilə çıxış edib.

Publika.az xəbər verir ki, yəhudi müəllif Moskvanın sükutu və Ermənistanda və Qarabağda mitinqlərə “tam azadlıq” verilməsi “ermənilərin haqlı işi” adı altında bütün erməniləri qələbəyə ruhlandırdı.


Onun sözlərinə görə, tezliklə mitinqlər kütləvi hal aldı və Azərbaycan kəndlərinə basqınlar başladı: “Zəngəzurun kəndlərində azərbaycanlılara qarşı əsl talan başlandı. Ov tüfəngləri ilə silahlanan ermənilər gecə azərbaycanlıların evlərinə girir, onlara yığışmaq üçün cəmi 15 dəqiqə vaxt verirdilər. Evdən əmanət kitabçaları və mülk sənədlərini götürmək qadağan edilirdi. Bəzən hər şey çox amansız olurdu. Qadınların saçlarından tutub sürüyür, yanvarın ortasında körpələri qarın altına atır, kişiləri amansızcasına döyürdülər. Talançılar tez-tez qadınları bir evə toplayıb zorlayırdılar. Bu vaxt onların həyat yoldaşlarının çənəsinin altına alışqan tuturdular ki, görək nə qədər dözəcək. Bundan sonra əhalini yük maşınlarına yığıb sərhədə aparır, orda qarın üzərinə buraxırdılar. Minlərlə döyülmüş, zorlanmış insan təkcə alt paltarında qarın altında öz qohumlarının olduğu kəndə doğru gedirdilər. Yüzlərlə insan soyuqlara dözməyib yolda həlak olurdu”.


P. Lyukimson bildirir ki, hər şeyə rəğmən, dünya mətbuatı bu haqda yazmırdı, sovet KİV-i isə sadəcə susurdu.


“Lakin “Sovet Rusiyası” qəzeti olduqca ötəri toxunaraq, Naxçıvana tərəf qarın üzərində gedən ağ köynəkli ayaqyalın uşaqların fotolarını yerləşdirib yazdı: “Tapın görək, bunlar kimin uşaqlarıdır... onlar bizim uşaqlarımızdır”. Amma bunlar Azərbaycan uşaqları idi, hansı ki, bir çoxu yolda həlak oldu.
Minlərlə qaçqın Bakıya üz tutdu və bu anti-erməni əhvali-ruhiyyəsini alovlandırdı”.


Sumqayıt hadisələrinə toxunan müəllif bildirir ki, baş verənləri kimin təşkil etdiyi naməlum idi: “Amma maraqlıdır ki, hadisələrdən əvvəl bir neçə erməni şəhəri tərk etmiş və erməni kinematoqrafçıları Sumqayıta gəlmişdi. Onların nə işi vardı? Dəqiq demək çətindir. Amma o faktdır ki, ermənilərin dəqiq ünvanları onların əlində idi. Sumqayıtda ən böyük qəddarlığı ilə seçilən qrupun başında erməni Qriqoryanın olması da suallar yaradır. Hansı ki, o, sonradan həbs olundu və bir çox şeyi etiraf etdi.

Amma Qarabağda vəhşilik də durmadan davam edirdi. Saçları dağınıq halda küçəyə çıxan ermənilər tərəfindən zorlanmış yarıçılpaq qadın qışqırırdı: “Hardadır sizin şərəfiniz, müsəlmanlar?!” Artıq Qarabağdan azərbaycanlıların kütləvi deportasiyası başlanmışdı”.

Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm