Nida.az
AXCP-dən Zəfər Quliyevə cavab: “Bu onun öz fikirləri deyil”
“Zəfər Quliyev Milli Şurada olanda nədənsə belə danışmırdı. Bu
baxımdan güman etmirəm ki, bu onun öz şəxsi fikirləri,
mülahizələri, yaxud yanaşmalarıdır”.
Bu barədə AXCP sədrinin müavini Fuad Qəhrəmanlı Publika.Az –a açıqlamasında Milli Şuradan istefa vermiş “El” hərəkatının sədr müavini Zəfər Quliyevin Milli Şurada baş verənlərə görə AXCP-ni ittiham etməsinə münasibət bildirərkən deyib. F. Qəhrəmanlı hesab edir ki, Z. Quliyev hansısa başqa məsələlərə görə indi Milli Şuraya belə münasibət sərgiləyir: “Çünki Zəfər bəy Milli Şurada olarkən heç vaxt bu mövzuda danışmayıb. İndi niyə belə danışdığını yəqin ki, özü bilir. Yenə deyirəm ki, o istefa verməmişdən öncə heç bir narazı fikirlər səsləndirməyib”.
AXCP rəsmisi qeyd edib ki, onların partiyası həmişə bütövlüyünü qorunub saxlanılmasına çalışıb. Onun sözlərinə görə, istər qərarlar qəbul olunarkən, istərsə müzakirələr zamanı hər-hansı üstünlük iddiasından söhbət gedə bilməzdi: “Çalışmışıq ki, həmişə Milli Şurada təmsil olunan şəxslər, vətəndaş cəmiyyətinin təmsilçiləri proseslərdə fəal iştirak etsinlər. Yəni qurum təkcə siyasətçilərin qurumu olmasın. AXCP tərəfindən həmişə onların fəaliyyətinə stimullaşdırıcı yanaşma olubdur. AXCP onsuz da partiya kimi öz fəaliyyətini göstərir, hər kəs onun imkanlarına bələddir”.
Qeyd edək ki, Z. Quliyev bildirib ki, Milli Şurada yaranan
böhranlı vəziyyətdə də AXCP-nin məsuliyyəti az deyil: “Dəfələrlə
deyilmişdi ki, Milli Şura bütün demokratik qüvvələrin bərabər
hüquqlu birliyi kimi yaranır. Burada heç kimin dominantlıq iddiası
olmamalıdır, başqalarının maraqlarına qarşı addımın atılması bu
birliyin fəlsəfəsini, missiyasını dağıda bilər. Lakin sonrakı
proseslər, istefalar göstərdi ki, bizim həm Milli Şurada, həm də
AXCP-də bəzi dostlarımız istefalara çox qısqanclıqla, dözümsüzlüklə
yanaşdılar. Hesab edirəm ki, AXCP funksionerlərinin bu cür
yanaşması siyasi münasibətlərdə də yaxşı əlamət deyil”.
Asif
-
Region09:06
I Aram Ərdoğana cavab verdi: Unutmayın ki...
-
Nəqliyyat08:32
Bu yollarda tıxac var - SİYAHI
-
MDB08:17
Generalın və ailəsinin əmlaklarının üzərinə həbs qoyuldu
-
ABŞ08:05
Rusiya nüvə başlığı daşıya bilən peyk hazırlayır - ABŞ
-
Nida Xəbər 07:50
Peter Siyartonun Azərbaycana rəsmi səfəri başladı
-
Sağlamlıq07:10
Yabanı halda bitən bu bitki xərçəng hüceyrələrini 48 saatda məhv edir!
-
İdman06:40
Bellinqem bu gözəllə münasibətə başladı - FOTOLAR
-
Ekopublika.az06:10
Bakıda taksi qiymətləri BAHALAŞDI - SƏBƏB