• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

“Alfa”-nın sabiq kəşfiyyatçısı: “Qarabağ münaqişəsi alovlanacaq”

  • Nida.az
  • 11 Sentyabr 2014 12:08
  • 2 166 Baxış
“Alfa”-nın sabiq kəşfiyyatçısı: “Qarabağ münaqişəsi alovlanacaq”

Xəbər verdiyimiz kimi, Rusiya hərbi doktrinasını dəyişdirir. Belə ki, 2010-cu il doktrinasında hərbi münaqişələrə qarşı NATO ilə əməkdaşlıq gündəmdə idisə, indi vəziyyət tamamilə fərqlidir.

Yeni doktrinanın müəllifləri bunu geosiyasi proseslərlə əlaqələndirirlər. Hansı ki, Ukrayna böhranı, ondan öncə isə “Ərəb baharı”nın doğurduğu nəticələr.


Rusiya Təhlükəsizlik Şurası katibinin müavini Mixail Popov bu barədə bildirir ki, dünyanın aparıcı dövlətləri hədəflərinə çatmaq üçün müharibə aparılmasının ənənəvi formalarından- ekstremist qruplar, şəxsi hərbi şirkətlər və nümayişçilərdən istifadə edir. O, əlavə edib ki, Rusiyanın hərbi doktrinasına düzəlişlər ilin sonuna kimi hazır olacaq.

Xatırladaq ki, Rusiyanın hazırkı hərbi doktrinası 5 fevral 2010-cu il tarixində təsdiq edilib. Bu doktrina ölkəyə lazım olarsa, nüvə silahından da istifadə etməyə imkan verir.

“Alfa” xüsusi təyinatlılarının keçmiş üzvü Aleksey Filatov isə bu doktrinanı səhv hesab edir.

Publika.az xəbər verir ki, A. Filatovun fikrincə görə, bununla Ukrayna üçün Rusiya bir nömrəli düşmən olacaq: “Azərbaycan və Ermənistanda nə baş verəcək? Güman ki, iki ölkə arasındakı münaqişə qızışacaq və cəbhədəki qarşıdurma yenidən alovlanacaq. Hansı ki, bu regionda stabilliyin pozulması Rusiyanın da marağında deyil”.


Asif Nərimanlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR