34 ölkə bir arada: Bakıya hansı silahlar gətirilir?- FOTOLAR
Bizi izləyin

Nida.az

34 ölkə bir arada: Bakıya hansı silahlar gətirilir?- FOTOLAR

Azərbaycan Müdafiə Sənayesi Nazirliyinin təşəbbüsü ilə bu gün Bakıda ADEX-2014 beynəlxalq hərbi sərgisi başlayıb.


Publika.az xəbər verir ki, dünyanın 34 ölkəsindən 200 şirkət sərgidə öz hərbi təyinatlı məhsullarını nümayiş etdirir. Bu həm də Azərbaycanın başqa ölkələrlə hərbi-texniki əməkdaşlığını genişləndirmək üçün fürsətdir.


Müdafiə sənayesi nazirinin müavini Yəhya Musayev sərgi ilə bağlı bildirib ki, Azərbaycan son illər bu sahədə nailiyyətlərə imza atır. Onun sözlərinə görə, hazırda Azərbaycan 900 adda hərbi məhsul istehsal edir.


Sərgidə Azərbaycanın ən yeni hərbi məhsulları nümayiş etdiriləcək. Bura aviasiya bombaları, zirehli texnikalar, döyüş sursatları və atıcı silahlar da daxildir.

ADEX-2014-ün əsas iştirakçılarından olan Rusiyanın “Rosoboroneksport” şirkətinin nümayəndə heyətinin rəhbəri Yesena Topoyeva bildirib ki, sərgidə Rusiya pavilyonunda ən müasir silahlar nümayiş olunacaq.

“Biz Azərbaycanla-Rusiyanın hərbi-texniki əməkdaşlığının möhkəmləndirilməsini davam etdirərək xarici partnyorların dairəsini genişləndirmək niyyətindəyik. Sərgidə Rusiyanın döyüş təyyarələri, gəmiləri və katerləri, zirehli texnikası, raket və artilleriya sistemləri, döyüş sursatları, Hava Hücumundan Müdafiənin əsas vasitələri, həmçinin bəzi trenajor sistemlərini nümayiş etdirəcəyik”, - deyə rusiyalı nümayəndə bildirib.

Şirkətin mətbuat xidmətinin məlumatına görə, Rusiya ekspozisiyasının bir nömrəli pavilyonunda Ka-52 kəşfiyyat döyüş vertolyotunun natura nümunələri ilə tanışmaq olmaq mümkün olacaq. Həmçinin, BMPT-72 hərbi maşınları və özüyeriyən “Msta-S” texnikası nümayiş etdiriləcək.


Şirkətin proqnozlarına görə, ən böyük maraq anaerob qüvvət qurğularına (636 layihəsi və “Amur-1650”) və səssiz sualtı gəmilərinədir. Həmçinin, “İşıldaquş” və “İldırım” sürət katerləri diqqət çəkir. Bundan başqa, Rusiya pavilyonunda hərbi vertolyotlar, silahlarla təchiz edilmiş yüksək manevrli hərbi maşınlar, “T-90S”-nin müasirləşdirilmiş tankları, BMP-3 piyada döyüş maşınları, “Pələng” zirehli avtomobilləri, “Triumf” S-400, “Antey-2500”, “Buk-M2E”, “Tor-M2E”, ZRPK “Pansir-S1”, PZRK “İqla-S” texnikaları nümayiş olunacaq.


“Azərbaycan Rusiyanın əhəmiyyətli iqtisadi partnyorudur, bizim ölkəmizlə ticarət dövriyyəsinə görə 5 yeri tutur”, - deyən Y. Topoyeva əlavə edib ki, Azərbaycan Mərkəzi Asiya, MDB və Yaxın Şərq üçün giriş imkanı olan əhəmiyyətli coğrafi mövqeyə malikdir.


“Bakı-Ekspo”da sərgini keçirən CEO şirkətinin direktoru hesab edir ki, sərgiyə maraq Azərbaycanın iqtisadi inkişafının göstəricisidir.


Sərginin meneceri Ülkər Həsənova bildirib ki, Azərbaycan və Rusiyadan başqa, Türkiyə, İsrail, Belarus, Cənubi Koreya, Polşa və Ukrayna da geniş ekspozisiyalar təqdim edirlər. Həmçinin, ABŞ-ın, Fransanın, Xorvatiyanın, İspaniya və Avropanın digər ölkələrinin də şirkətləri sərgidə iştirak edir.


Qeyd edək ki, sərgidə iştirak üçün Türkiyənin müdafiə naziri İsmət Yılmaz və İsrail müdafiə naziri Moşe Yaalona da Bakıdadır. Israil müdafiə naziri üçün bu həm də Bakıya birinci rəsmi səfəridir.


Türkiyənin “Roketsan-1” şirkəti sərginin qızıl sponsoru sayılır.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm