Qarabağla bağlı ingilis dilində film çəkildi - FOTO
Bizi izləyin

Nida.az

Qarabağla bağlı ingilis dilində film çəkildi - FOTO

Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyinin (SİMİB) verdiyi məlumata görə, bu gün Azərbaycan Respublikasının Prezidenti yanında QHT-yə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyi ilə ərsəyə gələn “Azərbaycanın Qarabağ bölgəsinin musiqi və sənət əsəri” adlı sənədli filmin ingilis dilində hazırlanan layihəsinin təqdimat mərasimi keçirilib.

Publika.az-ın məlumatına görə, tədbirdə çıxış edən Sağlam İnkişaf və Maarifləndirmə İctimai Birliyi (SİMİB) sədri Anar Xəlilov bildirib ki, layihə çərçivəsində “Qarabağın mədəniyyət xəzinələri” adlı sənədli film də çəkilib.

Onun sözlərinə görə, filmdə məqsəd hazırda erməni işğalı altında olan Qarabağın saxtalaşdırılan maddi və sənət əsərlərinin bugünkü taleyi fonunda Qarabağ problemini dünya ictimaiyyətinin bir daha diqqətinə çatdırmaqdır.

Bildirilib ki, Qarabağın musiqi və sənət əsərləri haqqında hazırlanmış film Qarabağ mədəni tarixinin Azərbaycan mədəniyyətində oynamış rolunu dünya ictimaiyyətinə çatdırmağa çalışır.

Eyni zamanda, filmdə dünya şöhrətli Azərbaycan musiqiçilərinin bir çoxunun Qarabağ musiqi məktəbinin yetirmələri olduğu xüsusi qeyd olunur.

Bununla, Qafqazın mədəniyyət ocağı kimi Azərbaycanın ayrılmaz bölgəsi olaraq Qarabağın mədəniyyətimizdə tutduğu yer barədə dünya ictimaiyyətinin məlumatlandırılması nəzərdə tutulur.

Xatırladaq ki, sözügedən təşkilat indiyədək üç dildə "Qarabağ abidələri", "Qarabağ yaddaşı" kitablarını və ingilis dilində "Qafqazın konservatoriyası" adlı filmini hazırlayıb.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm