Sabiq deputat Müsavatda namizəd oldu
Bizi izləyin

Nida.az

Sabiq deputat Müsavatda namizəd oldu

Müsavat Divanının üzvü İkram İsrafil partiyanın sərbəst Məclis üzvlüyünə namizədliyini irəli sürüb.


Publika.az xəbər verir ki, İ. İsrafil namizədliyini dünən rəsmiləşdirib.


“Müsavatda üzv olduğum gündən indiyə qədər namizəd olduğum üçün seçkilərdə sizlərin etimadı ilə Özək sədri, Sərbəst Şura üzvü, sədr müavini, partiyanın sərbəst Məclis üzvü, deputatlığa namizəd, deputat və Divan üzvü seçilmişəm. bütün vəzifələrdə etimadınızı heç vaxt unutmadım və çalışdım ki, doğruldum. Buna nə qədər nail ola bildiyimi sizlərin qurultayda göstərəcəyiniz mövqedən aydın görünəcək. Sizlərin “bəli” və “xeyriniz” mənim üçün məsuliyyət olacaq”, - deyə o bildirib.


İ. İsrafil Milli Məclisinin III çağırışında 41 saylı Sumqayıt birinci seçki dairəsindən millət vəkili seçilib.


Qeyd edək ki, Müsavat qurultayını sentyabrın 27-nə təyin edib. Ötən aydan etibarən seçki kampaniyası və namizədlərin rəsmiləşdirilməsinə start verilib.

Başqanlığa 4 iddialıdan ikisi - Tural Abbaslı və Arif Hacılı namizədliyini rəsmi olaraq irəli sürüb.


Müsavat başqanının müavini Gülağa Aslanlı Publika.az-a bildirib ki, indiyə qədər Mərkəzi Nəzarət Təftiş Komissiyasına 8, sərbəst Məclis üzvlüyünə isə 37 nəfər namizədliyini irəli sürüb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm