Almaniyadan Qubad İbadoğluya böyük zərbə: başqanlıq əldən gedir
Bizi izləyin

Nida.az

Almaniyadan Qubad İbadoğluya böyük zərbə: başqanlıq əldən gedir

Xaricdə yaşayan müsavatçılar Müsavat başqanlığına namizəd Arif Hacılını dəstəklədiklərini açıqlayıblar.


Publika.az xəbər verir ki, Almaniyada yaşayan müsavatçılar Arif Hacılıya dəstək bəyanatı yayıblar.
Bəyanatda deyilir: “Biz, bu sənədi imzalayan müsavatçı mühacirlər partiya rəhbərliyinə keçiriləcək seçkilərlə əlaqədar təşkil olunan şəffaf seçki kampaniyasını qürur hissi ilə izləyir, qarşıdan gələn qurultayın Müsavat Partiyasının və bütövlükdə cəmiyyətimizin inkişafına ciddi töhfə verəcəyinə inanırıq. Biz Müsavat Partiyasının başqanlığına namizədlərin hər birinə hörmətimizi ifadə etməklə yanaşı, qarşıdan gələn qurultayda Arif Hacılının başqan seçilməsini Müsavatın və cəmiyyətin maraqlarına daha uyğun hesab edirik. Arif Hacılı istiqlalçı millət vəkili və yüksək dövlət vəzifəsi tutmuş bir şəxs olaraq, güclü natiqlik qabiliyyətinə və idarəçilik təcrübəsinə malik siyasətçidir. Gənc yaşlarından milli-azadlıq hərəkatına qoşulan Arif Hacılı qısa müddətdə onun liderlərindən birinə çevrilib. Arif Hacılı milli hökumətin dövründə Ərazi idarəetmə orqanları ilə iş üzrə Dövlət müşaviri olaraq, müxtəlif dövrlərdə Ağdərə, Qubadlı, Füzuli uğrunda gedən döyüşlərə rəhbərlik edənlərdən biri olub. O, demokratik düşərgənin keçirdiyi çoxsaylı mitinqlərin, yüz minlərlə tərəfdarın qoşulduğu kütləvi tədbirlərin mahir aparıcısı olub. O, Müsavat Partiyasının bərpa edilməsi və gücləndirilməsi işində də ən çox xidməti olan əqidə yoldaşlarımızdan biridir. Biz inanırıq ki, Müsavat partiyasının VII qurultayı ənənəvi olaraq azad demokratik və şəffaflıq şəraitində keçəcək, müsavatçılar doğru seçimini edəcək və qarşıdan gələn qurultayda qəbul ediləcək qərarlar Müsavat Partiyasının və bütövlükdə demokratik düşərgənin güclənməsinə ciddi təkan verəcək”.


Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm