Fransa və Rusiya ilə hərbi əməkdaşlıq məsələləri müzakirə edildi
Bizi izləyin

Nida.az

Fransa və Rusiya ilə hərbi əməkdaşlıq məsələləri müzakirə edildi

Sentyabrın 11-də "Bakı Ekspo Mərkəzi"ndə müdafiə naziri general-polkovnik Zakir Həsənov Azərbaycan Beynəlxalq müdafiə sənayesi "ADEX 2014" sərgisində iştirak etmək üçün ölkəmizdə səfərdə olan Fransa Respublikası Silahlandırma Baş İdarəsinin Beynəlxalq İnkişaf direktorluğunun nümayəndəsi general-mayor Jan-Kristov Nuronu qəbul edib.

Nazirlikdən Publika.az-a verilən məlumata görə, görüş zamanı Azərbaycan və Fransa arasında qarşılıqlı maraq doğuran hərbi və hərbi-texniki məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Görüşdə Fransa Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri cənab Paskal Mönye də iştirak edib.

Həmin gün nazir ölkəmizdə səfərdə olan Rusiya Federasiyası Hərbi-Texniki Əməkdaşlıq üzrə Federal Xidmətin İdarə rəisi cənab Vladimir Artemyevi də qəbul edib.


Görüşdə Azərbaycan-Rusiya hərbi-texniki sahədə mövcud əlaqələr və qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm