• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Qubad İbadoğlu QHT sektorundan istefa verir

  • Nida.az
  • 12 Sentyabr 2014 10:08
  • 513 Baxış
Qubad İbadoğlu QHT sektorundan istefa verir

Müsavat başqanlığına iddialı olan Qubad İbadoğlu bu gün namizədliyini rəsmi qaydada irəli sürəcək.

Publika.az-a daxil olan məlumata görə, Q. İbadoğlu medianın qarşısına çıxacaq və seçki platformasının tezislərini açıqlayacaq.

Q. İbadoğlu bu gün həmçinin QHT sektorunda tutduğu vəzifələrindən də istefa verəcək.

Qeyd edək ki, Müsavat Partiyasının sentyabrın 27-də keçiriləcək qurultayında yeni başqan seçiləcək. Namizədlərin irəli sürülməsi sentyabrın 17-də başa çatır.

Başqan olmağa əsas iddiaçılar Arif Hacılı, Qubad İbadoğlu, Tural Abbaslı və Səxavət Əlisoydur. Tural Abbaslı avqustun 28-də, Arif Hacılı isə sentyabrın 9-da başqanlığa namizədliyini rəsmən irəli sürüb.


Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR