• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

“T-90S” tanklarının son partiyası 2015-ci ilin əvvəlində gələcək

  • Nida.az
  • 12 Sentyabr 2014 11:33
  • 1 490 Baxış
“T-90S” tanklarının son partiyası 2015-ci ilin əvvəlində gələcək

Rusiya Azərbaycana “T-90S” tanklarının son partiyasını 2015-ci ilin əvvəlində çatdıracaq.

Publika.az-ın İTAR-TASS xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiyanın “Rosoboroneksport”şirkətinin baş direktorunun məsləhətçisi Esen Topoyev bildirib.

Azərbaycanda keçirilən “ADEX-2014” müdafiə sərgisində iştirak edən şirkətin nümayəndə heyətinə başçılıq edən E.Topoyev bildirib ki, söhbət əlavə çatdırmalardan getmir. E.Topoyevanın sözlərinə görə, 2010-cu ildə Azərbaycan və Rusiya arasında başlanmış müqaviləyə əsasən silah və hərbi texnikanın böyük partiyasının çatdırılması 2017-ci ildə başa çatacaq.

Hərbi-texniki əməkdaşlıq üzrə Federal xidmətin sədr müavini Konstantin Biryulin bir müddər əvvəl bildirmişdi ki, Rusiya Azərbaycana bu ilin əvvəlində 100 ədəd “T-90S” tankının çatdırılmasını başa çatdırıb. O, qeyd etmişdi ki, eyni sayda tankın ikinci partiyasının Bakıya çatdırılması mümkündür.

Ömər Dağlı

Xəbər lenti

DAHA ÇOX XƏBƏR