“Nezavisimaya qazeta”: “Avropa Bakıdakı müttəfiqlərinə ümid edir”
Bizi izləyin

Nida.az

“Nezavisimaya qazeta”: “Avropa Bakıdakı müttəfiqlərinə ümid edir”

Ukrayna böhranı Avropa üçün soyuq qış hazırlayır. Qərbli bürokratlar bu təhlükənin qarşısına baryer çəkmək üçün Bakıdakı müttəfiqlərə bel bağlamaq niyyətindədir.


Publika.az xəbər verir ki, Rusiyanın nüfuzlu “Nezavisimaya qazeta” nəşri Ukrayna böhranı fonunda Azərbaycan qazının artan əhəmiyyətini qeyd edir.


Nəşr yazır ki, Rusiya qazından imtina etmək bütün Avropa ölkələrinin marağında deyil. Belə ki, Macarıstan, Slovakiya, Çexiya əsas etirazçılardır.
Bu arada Ukraynanın Rusiyaya qarşı sanksiya siyahısı hazırlaması münasibətləri daha da gərginləşdirir. Kiyevin siyahısında 172 rusiyalı biznesmen və ictimai xadim var. Hansı ki, onlar Krımın ilhaqına haqq qazandırırdılar. Ukraynada düşünürlər ki, onlar terrorizmi dəstəkləyirlər.

Güman ki, Rusiyaya qarşı sanksiyalardan bütün tərəflər - Rusiya və Ukrayna, eləcə də Avropa Birliyinin bütün ölkələri zərər çəkəcək. Çünki siyasi populizm heç bir nəticə verməyəcək. Faktiki olaraq, Avropaya bütün qaz Ukrayna ərazisindən keçən marşrutla daşınır.


Lakin avropalılar dolayı yollara ümid edir. Bu isə Belarus və Baltik dənizindən keçən “Şimal axını” kəməridir. Avropa hesab edir ki, Ukrayna yolu kəsiləcəksə, alternativ kimi bunu tətbiq etmək mümkündür. Lakin bu, bütün Cənubi Avropa ölkələrini qazsız qoyur.


Bunun üçün çıxış yolu Türkiyənin Qara dəniz vasitəsilə keçəcək “mavi axın” kəməridir. Kəmər hazırdır, lakin onun daşınma qabiliyyəti kiçikdir. Buna görə də əlavə marşrutlar üzərində düşünülür. Burda da əsas “Cənub axını"dır. Lakin Qara dənizin dərin sularından keçən bu layihə mürəkkəbdir. Hesablamalara görə, bu kəmərlə Ukraynadan yan keçib enerjini Cənubi Avropaya çıxartmaq olar.


Avropaya qazın çatdırılmasının mümkün variantı kimi daha əvvəl “Nabucco” magistral qaz kəməri layihəsi nəzərdə tutulurdu. Bu kəmər Mərkəzi Asiya qazını Rusiya və Ukrayna olmadan Avropaya çatdırmalı idi. Bu kəmər 32 milyard kubmetr qazı daşıya biləcəkdi. Əsas təchizatçı kimi ilk növbədə Azərbaycan nəzərdə tutulurdu, həmçinin İraq və Türkmənistan əsas mənbələr idi. 2009-cu ildə Avstriya, macar, bolqar, rumın, türk və alman şirkətləri 16,67 faiz olmaqla bərabər hissəslərlə layihənin iştirakçısı oldu. Əvvəlcə 7,9 milyard avro dəyərində olan layihənin qiyməti daha sonra 14 milyard dollara qədər artdı.

Kəmərin tikintisi 2011-ci ildə başlayıb, 2014-cü ildə başa çatmalı idi. Lakin tikintiyə lazım olan maliyyənin yoxluğuna görə dəfələrlə təxirə salınırdı. 2012-ci ildə məlum oldu ki, “Şahdəniz” yatağının ikinci mərhələsini hazırlayan Azərbaycan (SOCAR) və Norveçin “Statoil” şirkəti ilə bp “Nabucco” sərfəli layihə olduğunu düşünmürlər. İran qazının layihəyə cəlb edilməsi gündəmə gəldi, amma Tehran bundan imtina etdi. Belə olanda Azərbaycan qazı kəməri tam doldura bilməyəcəkdi.


2013-cü ildə “Şahdəniz” qazının Avropaya çatdırılması üçün TANAP və TAP layihələri gündəmə gəldi ki, bu ən sərfəli marşrut kimi gündəmə gəldi.

Lakin hələ ki heç bir kəmər Avropanı soyuq qışdan qorumağı bacarmayacaq. Faktiki olaraq, çıxış yolu kimi “şist inqilabı” da nəzərdə tutulur. Lakin bu da gələcək perspektivdədir. Bu baxımdan, hələ ki çıxış yolu kimi Bakı qazı nəzərdə tutulur. Çünki o qədər etibarlı olmasa da, bundan yaxşısı da yoxdur.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm